Bakıda mənzildən xeyli radikal təmayüllü dini ədəbiyyat götürülüb. Lent.az-ın məlumatına görə, polis əməkdaşları Səbail rayon, Badamdar qəsəbəsi 3-cü yaşayış massivi, ev 233-ə baxış keçiriblər.
Baxış zamanı ev sahibi İlyas Məmmədovun 23 yaşlı oğlu Samir Məmmədovun mənzildə xeyli dini ədəbiyyat saxladığı məlum olub.
Radikal dini kitablar və xeyli disk müsadirə edilərək götürülüb.
Faktla bağlı araşdırmalar aparılır.


Şərhlər