“HÜCRƏLƏR”DƏN ÇIXAN “RUSBAŞLAR”IN “SƏLİB YÜRÜŞÜ” VƏ... – Və rus əsgərilə Abutalıb Səmədov kimilərin fərqi

Bir neçə gündür ki, sosial şəbəkələrdə və mətbuatda rus sülhməramlı kontingentinə aid bir hərbçinin Laçında çəkilmiş videomüraciəti geniş müzakirə olunur. Ayrı-ayrı siyasilər, ictimai fəallar və s. həmin ermənilərə dəstək müraciətini müxtəlif rakurslardan şərh edirlər.

Lakin çoxlarımız bunu qıcıq, hiddət və narazılıqla qarşılasaq da, rus əsgərinin ermənilərə ürək-dirək verib, onların arxasında durduqlarını açıq şəkildə söyləməsində qeyri-adi bir şey yoxdur. Zatən əsrlər boyu rus əsgərinin Qafqazdakı “missiyası” hər kəsə bəllidir və bu “missiya” qətiyyən dəyişməyib.

Ancaq bununla yanaşı, adını bilmədiyimiz bu “qəhrəmanın” ermənilərə ünvanlanan sağlığında bir məqam xüsusi diqqət çəkir: “Hər şey necə olmalıdırsa, elə də olacaq. Hətta nağıllarda da xeyir şərə qalib gəlir...

Deməli, bunun və bununla birgə Qarabağa soxulan minlərlə rus əsgərinin gözündə ermənilər xeyir, azərbaycanlılar isə şər təcəssümüdür. Onu da qeyd edək ki, Qarabağa gətirilən əsgərlər heç də adi çağırışçılar deyil, xüsusi hazırlıqlı, təcrübəli hərbçilərdir. Onların siyasi savadı və hazırlığı sıravi rus əsgərindən qat-qat yüksəkdir. Həmin videodakı hərbçi isə bəlkə də zabitdir.

Deməli, bu adam Laçında rast gəldiyi hansısa erməninin sarsaq təbliğatı yox, özünün keçdiyi “məktəb”in, ordu rəhbərliyinin onun beyninə yeritdiyi tezislərin, bir sözlə, daşıdığı “missiya”nın mahiyyəti əsasında belə danışır. Həmin “missiya” isə özünün də sarsaqladığı kimi “xeyrin şər üzərində qalib gəlməsi” olmalıdır - bu qədər açıq və sadə! 

Bu, göstərir ki, o və onunla birgə Qarabağa gələn ruslar Azərbaycanın müharibədəki qələbəsini “şərin xeyir üzərində qələbəsi” kimi anlayır. Baxmyaraq ki, bütün dünya daha çox məhz onun paqonunu daşıdığı və xidmət etdiyi Rusiyanı “şər imperiyası” adlandırır.

Yeri gəlmişkən, həmin videodan qısa müddət sonra sosial şəbəkələrdə guya rus sülhməramlılarının “Yaşasın Azərbaycan” söylədiyi başqa bir video dövriyyəyə buraxıldı. Sonradan məlum oldu ki, bu köhnə video Qarabağda yox, Rusiya ərazisindəki hansısa hərbi hissədə çəkilib, onun qəhrəmanı isə Azərbaycandan olan əsgərdir və Azərbaycandakı valideynlərinə salam göndərir. Böyük ehtimalla bu videonun sülhməramlılara aid kimi təqdim olunması da təsadüfi deyildi və son zamanlar daha da aktivləşən Rusiyanın buradakı beyin mərkəzlərinin “məhsulu”dur...

Demək olar ki, Rusiya əsgərinin Qarabağa girişinə paralel olaraq, Azərbaycan mediasında və siyasi mühitində də Rusiyameylli şəxslərin, Moskvanın köləsi, agenti olan xəyanətkar şəbəkənnin “səlib yürüşü” müşahidə olunmağa başladı. Hamının tandığı Mehdiyev, Həsənov, Qafarova kimi “rusbaşlar” sanki gizli fəaliyyətə keçib, meydana “hücrələr”dəkilər buraxılıb. Musabəyovların, zülfüqarovların, orucların və sairlərin əslində kim olduqları ortaya çıxmağa başlayıb...

Bu mənada sadə vətəndaşların demək olar ki, tanımadığı, siyasi camiyənin və medianın isə yaddaş kitabında uzaq, tozlanmış səhifədəki bir hərif qədər xatırlaya biləcəyi Abutalıb Səmədov və digər bu kimi şəxslər üzə çıxdı.

Doğrusu, bu dəqiqə nəinki sadə vətəndaşın, jurnalistlərin arasında sorğu keçirsəniz, onun partiyasının adını media təmsilçilərinin 99 faizi dəqiq deyə bilməyəcək. Əvəzində, qısa müddətdə adamı kimlərsə az qala teleulduza çevirməkdədir. 

Belə təəssürat yaranır ki, A.Səmədov dəvət olunduğu verilişlərdə Rusiyanın ölkəmizə yaratdığı təhlükələri izah etmək istəyən siyasətçiləri, ictimai xadimləri “susdurmaq” missiyası daşıyır. Özü də bu zaman Rusiyanın gərəkliyini, Azərbaycan üçün əhəmiyyətini və nəhayət, Ordumuzun Qarbağdakı irəliləyişinin bizə yaratdığı “təhlükəni”(!) isbat etmək üçün hər cür “arqument”dən istifadə edir.

Məsələn, bu adamı studiyaya çağırıb, Rusiyanı canı-dildən dəstəkləmək üçün pərvazlandıran “Space” telekanalının efirində ağ yalanlar danışmasına şərait yaradan aparıcı onun dediklərinə heç bir kontur-arqument qoymadı. Adam deyir ki, müharibənin gedişində Makron və digərləri Azərbaycanın ölkə başçısına təzyiq göstərərək “dayan” desələr də, Putin bunu etməyib. 

Əgər bu iddiadan xəbəri olsaydı, elə Putinin özü də Səmədovun dediklərinə təəcüblənərdi. Çünki Rusiya prezidenti özü etiraf edib ki, dəfələrlə müharibəni dayandırmağa çalışıb. Və nəhayətdə Azərbaycan Ordusunun tam qələbəsinə kimin imkan vermədiyi də hər kəsə bəllidir - təzyiqin, “dayan” deməyin buynuzumu olur?

Rusiyanın hərəkətlərinə, sülhməramlıların gəlişinə haqq qazandırmaq üçün həmin bu partiya sədri hətta həddin aşaraq Azərbaycanı Serbiya, Qarabağı Kosova, Azərbaycan Prezidentini isə Slobodan Miloşeviçlə eyniləşdirir. Xatırladaq ki, Miloşeviç serb qoşunları Kosovaya daxil olduğu üçün beynəlxalq tribunala cəlb edilmiş, Serbiya NATO tərəfindən bombalanmış, nəticədə Kosovadan çəkilməli olmuşdu. Kosovanınsa müstəqilliyi bir çox ölkələr tərəfindən tanınmışdı. İndi Azərbaycanı həmin dövrün hərbi cinayətlər törətmiş Serbiya rejimi, Qarabağı isə Kosovo ilə müqüayisə etmək nə dərəcədə doğrudur və bu, kimlərə xidmət edən yanaşmadır? Bu müqayisə kimlərinsə siyasətdə heç bir çəkisi olmayan birinin diliylə, ağzıyla Azərbaycana hədə-qorxu gəlmək, onu qorxutmaq cəhdi deyilmi?

Doğrusu, bu cür müqayisəyə heç erməni mətbuatında, erməni siyasətçilərinin çıxışlarında belə hər deyən rast gəlinmir...

Ancaq təəccüblüdür ki, bu cür çıxışlara lazımı reaksiya verilmir, dövlətə  qarşı yolverilməz fikirlər işlədən, “boyunun ölçüsünü aşan” iddialarla çıxış edənlər məsuliyyətə cəlb olunmurlar...

Bu cür vəziyyət onları daha da cəsarətləndirir, durmadan Rusiyanın maraqlarına xidmət edən açıqlamalar, müsahibələr verirlər, cəmiyyəti qıcıqlandırırlar. Çünki işğaldakı ərazilərimizi ordumuzun rəşadəti , minlərlə gəncimizin şəhadəti hesabına azad etdiyimiz halda, hansısa antimilli siyasətçi, deputat çıxıb bunu Moskvanın icazəsi ilə bağladıqda, insanlarımızda haqlı olaraq narazılıq yaranır. Həm də o fikirlərin sahiblərinə qarşı deyil, onlara deputat, partiya rəhbəri statusu verən hökumətə qarşı...

Moskvanın da istədiyi və burdakı şəbəkəsinə tapşırığı məhz budur - xalqla dövlət arasında uçurum yaratmaq və bölgədə öz maraqlarını reallaşdırmaq imkanı əldə etmək...

Əlbəttə, Rusiyanın Qarabağa gəlişi, üçtərəfli razılaşmanın hansı zərurətdən irəli gəldiyi, Azərbaycanın hansı seçimlər qarşısında qaldığı və s. barədə cəmiyyətdə aşağı-yuxarı reallığa uyğun müəyyən təsəvvür formalaşıb. Və heç kim Rusiyanın açıq düşmən obrazının yaradılması, Azərbaycanın böyük güclərin döyüş poliqonuna çevrilməsi və s. buna bənzər perspektivlərin tərəfdarı deyil.

O da məlumdur ki, Azərbaycan Gürcüstan və Ukrayna ilə oxşar problemi yaşasa da, Rusiyayla açıq konfrantasiyaya getməyib, daha balanslı siyasət aparıb. Nəticədə də Rusiya həmin ölkələrdən fərqli olaraq, Azərbaycanla qarşı-qarşıya dayanmayıb. Lakin unutmayaq ki, Moskva Azərbaycanın yanında da olmayıb və deyil!

Hazırda Qarabağda tutduğu mövqelərə və davranışlarına baxanda isə belə təəssürat yaranır ki, Rusiya yanımızda olmaması bir yana, qarşımızdakına açıq dəstək və qayğı göstərir, onu dirçəldir və üstümüzə qalxmasına şərait yaradır.

Bunu bizdəki “rusbaşlar” da görməmiş deyillər. Ancaq bunu gərə-görə Rusiyanın “əvəzolunmazlığından” dəm vururlarsa, deməli məqsədləri başqadır və məlum videodakı rus əsgəri onlardan daha səmimidir, nə istədiyini və nəyə, kimə qulluq etdiyini də gizlətmir...

Cəlal Məmmmədov

“AzPolitika.info”   

635x100

Şərhlər

Boris Ocaqov 2021-01-12 14:55:58

Milli birlik o zaman güclü olur hər işdə vətəndaş hüquqları həll müstəvisinə qoyulur! Ermənistan anti-insani rəhbərliyi deportasiya və tarixin ən vəhşi genosidi ilə milyonlarla azərbaycanlı ailələrini ilkin mülkü hüquqlardan məhrum ediblər. Buna baxmayaraq işğalçı liderlər daim özlərinə mühafizəkarlar tapırlar?

neriman seyfeli 2021-01-06 18:11:35

iqtidar dovshana qac, taziya tut deyir...!

Murad 2021-01-06 17:48:13

Əli müəllim yetənə yetirsiniz,yetməyənə bir təpik vurursunuz

turan 2021-01-06 11:34:27

əvvəla günah bunları efirə dəvət edənlərdədir..ikincisi niyə bu adamları ifşa etmirlər..

zaur 2021-01-06 09:57:35

Bizdə samballı aparıcılar yoxdur.Hamısı qorxa-qorxa danışır.Gərək verilişin aparıcısı A.Səmədov kimilərini həmin anda yerində oturda.Hətta studiyadan qova.

boris 2021-01-06 00:41:21

Rusların Qarabagda ömürlük qalma planları üçün əməlli-başlı iş gürürlə.....Azərbaycan Türkiyə qüvvələrinin burada yerləşməsinə təcili çalışmalıdır

Eli 2021-01-06 00:23:21

Eliye cavab yazan müellime.Müellim men azı adını yazmaqdan qorxanlardan deyilem.Buyurun sozünüzü deyin Dövletin milletin bele hessas döneminde kimin haqlı olduğuna xalq qiymet verrcek menimde kim olmağım ise heçbir medele hell etmir.Onu bilirem ki özünd hörmet eden şexsin bir sifeti ve bir adı olar.

Əli-yə 2021-01-05 21:18:07

Sən əli həsənovsan yoxsa əli əhmədov?

Əli-yə 2021-01-05 21:15:40

sən əliş

buzovnali 2021-01-05 12:25:33

Bir birinizə konyukturaya uygun qara yaxib erməninin dəyirmanina su tökməkdənsə ermənilərin rus KİV lərində reklam olunan va Rusiyada qəbul olunan və tarixi bu qünü tam əksinə qöstərən yazilara cavab versəz daha düzgün olar.Bizim torpaqiar elə buna görə satilib.

Eli 2021-01-05 00:28:48

Siz bilirsiniz ki,biz Qarabağın azad edilmesinden daha artığına -Milli Birliye milli öemebi Ruh yüksekliyine nail olub Qalib olmuşuq Siz bu işlerin hzmısona şubhe edir milli birliye tefriqe salırsınız.Sizin taktika hücum taktikadı olmalıdır daha qeyri müeyyenlikyox

Eli 2021-01-05 00:10:42

Ancaq Siz Azpolitika özünüzü Qalib ölkenin öedia qırmu kimi apara bilmirsiniz.Siz adsm inans bilmir düşmen deyirmanına su tökene ermeni rexribatının yedeyindr gedene oxşayırsınız .Mövqeyinizi deyişin Biz Qalibik Millet fr Dövletde Ordu da Ali baş komandan da.

Pisi 2021-01-05 00:08:49

Butun bu problemlerin sade bir cavabi var rusiyaya gucumuz catmir buda tebiidi.rusiyaya qarsi qerb NATO yaradib oda bacarmir biz neyniye bilerik hemde qarabag meselesinde qerb ferqli davranib ermenini destekleyir cetindi

Eli 2021-01-05 00:02:44

Azpolitika Size bir sualım var.44gınlük muhatibe müddetinde Siz gördünüz ki Ölke Prezidenti dunyanın en aparıcı media qurımlarına nece qetiyyetli cesaretli ve mentiqli cavablar berdı ve hemişe özünü Qalib ölkenin Qalib serkedesi kimi apadı be müharibeni de Qelebe ile başa vurdu.İndi siz başa düşmürsünüz ki Siz Qalib çlkenin media qurumusunuz

Vətəndaş 2021-01-04 23:09:40

Kİmin kim olduğunu bildiyimiz halda niyə 5-ci kolon üzə çıxarlıb lazımi qərar verilmir?

Eli 2021-01-04 23:00:02

Ay hörmetli Azpolitika men Sizi başa düşmürem.Siz eger bu Dövlete ve millete qulluq edirsinizse ondz bilmelisiz ki İlham Eliyev ilin sonunda Hulusı Akarla görüşünde dedi ki ,noyabrın 10- dzn sonra ölkeni terk etmeyen ermeni sikahlıları terrorçulatdır ve onlar bizim terefden aya meh edilecek yz dz tutulun bizim qanunlars uyğun cezalandırılacaqlar.Sulmetsmlının işi sulhu qorumaqdır tehlükesizlik işi Azerbaycan ve Turkiyyenin selahiyyetindedir.İndi bu alkaş rus soldatı ya onun böyüyü ya deputat kimdir ki mesele hell etsin

Eli 2021-01-04 22:34:35

RT müllime.Müellim bele ciddi meselelerde kiminse fikri yox resmi orqanlarım dleve de ölke rehberinin fikirleri esas götürülmelidir.Bunlar ister deputat ya hansısa soldat ya onu. böyütü kimdir ki onların sözü neyise hell etsin.

Vətəndaş 2021-01-04 21:05:12

ABUTALIB SMƏDOV RÖVŞƏN CAVADOVUN GƏNCLƏR TƏŞKİLATININ RƏHBƏRİ OLUB VƏ MƏRHUM PREZDENTİMİZ HEYDƏR ƏLİYEVİN ƏLEHİNƏ QİYAM QALDIRAN DƏSTƏNİN ÜZVÜ OLUB.QİYAMDAN SONRA UZUN MÜDDƏT GİZLƏNƏRƏK CƏZALANACAĞINDAN QORXUB.İNDİ ONUN KİMLƏRİN QULLUĞUNDA DURDUĞU VƏ AZƏRBAYCAN ƏLEHİNƏ ÇALIŞMASI HƏR ŞEYİ BƏLLİ EDİR.BU MƏXLUQ ÜÇÜN VƏTƏN,ŞƏHİDLƏR,MÜSTƏQİLLİK HEÇ NƏ İFADƏ ETMİR.ONU İSTİNTAQA CƏLB ETMƏK VƏ KÖHNƏ CİNAYƏTLƏRİNİ ARAŞDIRMAQ LAZIMDIR

Qarabağlı 2021-01-04 19:31:10

TV-lərdən xahiş edirik ki, musabekov, abutalıb səmədov yönümlü "insanları" efirə buraxmasınlar. Bunlar yüzdə yüz KQB aqentləridirlər!

RT 2021-01-04 19:25:39

Eli mellim ne deyirsiz ? bu yaziya

Xalq 2021-01-04 19:24:54

abutalıb səmədov kimi xainləri speys tv-yə çıxarmaq özü şərəfsizlikdir. Bilə-bilə ki, bu adam rusofobdur onu tv-yə çıxarıb vətənin belə ağır vaxtında millətin heysiyyatı ilə oynamaq nə deməkdir? Belə adamları siyasətdən uzaqlaşdırmaq lazımdır!

RR 2021-01-04 19:24:14

Vətənə xəyanət edənlər partiyası yaradıblar özləri və ailələri də üzvüləridir. Space kanalı da onların reklam agentidir. Yolka ağaclarını rəngli işıqlarla oyunçaqlarla bəzəyib konsert verən fişəng atan millətin matəm günündə Faiq kimiləri oxudan bir kanalda verlişləridə bunlar olar daha nə deyəsən

Eli 2021-01-04 19:09:52

Ay qardaş Siz televizorda günde on defe Erdoğanın İlham Eliyevin Hulusu Akarın çıxışlarına baxmırsınız Siz hancı mezhebe qulluq edirsiz bilinmir.Bşz her meseleye Dövletin Xalqın menafeleri nöqteyi nezerinden baxıb bunu müdafie etmeliyik,yoxsa hamsısa çaqqalın bunu dedi onu dedi qelet elemısini.....

Azər 2021-01-04 19:04:32

Əla. Cəlal müəllim, çox sağ olun. Bir təklif, “ rusbaşlar” ifadəsini eynigüclü “donuzbaşlar” ifadəsilə əvəz edəsiniz.

M.Əsgərov 2021-01-04 18:58:15

bu abutalıbovkimilər rusbaşlar bilsinlər ki, xalq hər şeyi yaxşı bilir, boşuna "zəhmət" çəkirlər

Eli 2021-01-04 18:58:13

Alkaş bir rus esgerini ta bir ehlibazar memurun sözünü bayraq edib müzakirə edirik.... o esgerin böyüyü Muradov neyi hell edir ki onun soldatı neyı hell etsin ya o deputat kimdir acı onlar ve neyi hell ede bikerler ....

buzovnali 2021-01-04 18:39:11

Bir birinizə konyukturaya uygun qara yaxib erməninin dəyirmanina su tökməkdənsə ermənilərin rus KİV lərində reklam olunan va Rusiyada qəbul olunan və tarixi bu qünü tam əksinə qöstərən yazilara cavab versəz daha düzgün olar.Bizim torpaqlar elə buna görə satildi.

t.ədalət 2021-01-04 18:37:58

Bizdəki "rusbaşlar"ın hərəkətə keçməsinə dövlət dəstək verir.Rus ordusuna and içən,keçmiş "zampolit"lərin meydan suladığı Respublika Veteran Təşkilatına göstərilən dövlət dəstəyi də bunu sübut edir.Sovetin Baş Kəşfiyyat İdarəsinin qalıqları,Polyaniçko xəyanət mərkəzinin varisləri açıq-saçıq Türkiyənin əleyhinə çıxış edirlər.Rusiyanın işğalçı ordusu qədər xəyanətkar olan bu adamlar şəhid balalarımızın qanı üzərindən addımlayıb ermənilərin tərəfində dayanırlar.DTX bunları nəzarətə götürməlidir.A.Səməıdovun üzünə baxanda naməlum irqin nümayəndəsini xatırladır.Bu adam,ya xəstədir,ya da xain.

Shahin 2021-01-04 18:16:13

Bu mənada sadə vətəndaşların demək olar ki, tanımadığı, siyasi camiyənin və medianın isə yaddaş kitabında uzaq, tozlanmış səhifədəki bir hərif qədər xatırlaya biləcəyi Abutalıb Səmədov və digər bu kimi şəxslər üzə çıxdı. Duz yazmisiniz. Onu hec oldugu yerdede taniyan yoxdur, onun valideynlərinin bazarda perashki satan oldugu deyilir. Kulu qoyum belesini uze cixarib onu siyasetci edene. Gunah onladadir ki, bazar alvercilerinin ushaqlarindan siyasetci duzeldir. Alvercininde veteni yoxdur, neceki bu Abutalibov kimi.

Vetendaş 2021-01-04 18:11:38

Sag ol ay Celal Allah ölenlerine rehmet elesin, çox düz qeyd edirsen ki, xalqla uygunsuz reftar edən memurlar - xalqla dövlet arasında etibarı azaltmaqla düşmenlere xidmet edir

Oxucu 2021-01-04 18:09:27

Bunlar "rusbaşlar" yox, xəyanətkar, alçaqlardırlar. Birinin də övladı Vətən Müharibəsində iştirak etməyib. Vətənin nə olduğunu qanmayan şərəfsiz heyvanlardırlar! Qarınları dolu olsun, keyf çəksinlər! Rusların Azərbaycana soxulması yaxşı hal deyil...

Vətəndaş 2021-01-04 17:46:07

O və onun kimilərə ağaları deyirldanış onlar da ağızlarına gələni danışırlar. Yəni öz başına danışmağa duxları çatmaz

Son yazılar