Menu

ŞƏHİD MÜHƏNDİSİN SUQOVUŞUNDAN KEÇƏN DÖYÜŞ YOLU - VİDEOREPORTAJ

05.01.2021, 15:39
ŞƏHİD MÜHƏNDİSİN SUQOVUŞUNDAN KEÇƏN DÖYÜŞ YOLU - VİDEOREPORTAJ

44 gündə igidlərimiz bütöv Azərbaycan olmaq sevincini xalqımıza bəxş etdi. Nəriman Salahov da xalqımıza bu sevinci yaşadan igidlərdən olub.

O, 1990-cı ildə Sumqayıt şəhərində anadan olub. Azərbaycan Memarlıq və İnşaat Universitetində mühəndis peşəsinə yiyələnib. Təhsilini bitirdikdən sonra hərbi xidmətə yollanıb.

Müharibə başlayanda N.Salahovun ilk döyüş yolu Talışkənd uğrunda gedən savaşdan başlayıb. O, Suqovuşan uğrunda gedən ağır döyüşlər zamanı kürəyindən və qolundan yaralanıb.

N.Salahovun arzusu Şuşa uğrunda gedən döyüşlərdə iştirak etmək olub. Onun bu istəyini silahdaşları həyata keçirib.

Ətraflı AzTV-nin süjetini təqdim edirik:

Şərhlər

Xalq 2021-01-05 18:42:42

Allah Qazimizin canını sağ eləsin, ona bolluca Allahdan xeyir, ruzi və bərəkət diləyirəm!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol