ŞƏHİD OĞLUNU ÖZÜ TAPAN ANA... - "Baxdım, gördüm balam donub..." + VİDEO

Vətən savaşı bizə həm də minlərlə igidimizi, qəhrəmanımızı, torpaq uğrunda canından keçən şəhid və qazilərimizi tanıtdı. Gənc oğullarımız düşmən tapdağında olan torpaqları öz qanı ilə azad edib, yaşamaq hüququndan keçdi.

O qəhrəmanlardan biri də əslən Şabran rayonundan olan şəhidimiz, Səbail rayon sakini Həsənov Vüsaldır. 1997-ci ildə Səbaildə dünyaya göz açan Vüsal uşaqlıqdan vətənpərvər olub. Təhsilə, oxumağa böyük həvəsi olan Vüsal atasını kiçik yaşlarında itirəndən sonra məktəbi yarımçıq qoymalı olur. Uşaq yaşlarından işləyən, ailəsinə kömək edən qəhrəmanımızın ən böyük arzusu qardaşının təhsil alması olur.

Vətən savaşı başlayan gündən o da hamı kimi könüllü olaraq müharibəyə yollanır. Döyüşlərdə qəhrəmanlıq göstərən Vüsal, düşmənin snayperdən açdığı atəş nəticəsində şəhidlik zirvəsinə ucalır. Qəhrəmanımız şəhid olandan sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.

635x100

Şərhlər

Azer 2021-01-07 22:27:45

Can ay ana. Allah sebr versin, Allah rehmet etsin qardashimiza

Son yazılar