Ağdam rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı ünvanlar dəqiqləşdirilib.
Bu barədə Trend-ə açıqlamasında Ağdam rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverən Əliyev deyib.
Onun sözlərinə görə, təmsil etdiyi qurum Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə birlikdə siyahını tam dəqiqləşdirib: "Məcburi köçkün düşmüş ailələrin sayı, ailə tərkibi və onların məskunlaşdığı ünvanlar tam dəqiqləşdirilib, siyahı aidiyyəti quruma təqdim olunub".


Şərhlər
Bir zəhmət Mingəmevir şəhərinin ağdamlılarını da qeydiyyata alın,demək olar ki,hamısı burdadır.Mingəçevirin də adı çoxdan Yeni Ağdamdır.Hətta mingəçevirlilərə gedərsiz Ağdamda yeni Mingəçevir salarsınız deyirlər )))))))
Məcburi köçgün təbii (sel daşqını, uçqun, zəlzələ və s) hadisələrdən olur. Qarabağın azərbaycanlı ailələri Hərbi Terror(Genosid) cinayəti ilə öz doğma ev-mülklərindən qovulmuşlardır!?i