VƏTƏN MÜHARİBƏSİNİN İLK GÜNÜ ŞƏHİD OLAN İGİDİMİZ... - “Övladını görə bilmədi” + VİDEO

Vətən müharibəsinin ilk günü şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızdan biri Toğrul Abbasovdur.

Ağcəbədi rayonunun Hacıbədəli kəndində doğulan T.Abbasov kiçik yaşlarından anasını itirdiyi üçün sevgisini ana vətəninə bağlayır.

Sevdiyi vətəni uğrunda mübarizəyə qoşulan 30 yaşlı Toğrul Abbasov Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olur.

Yeni ailə quran Toğrul öz övladını görmədən vətən torpağı onu əbədiyyən qoynuna aldı.

Qızı olarsa, adını Yağmur qoymaq istəyirdi. Ailəsi onun son arzusunu yerinə yetirdi.

635x100

Şərhlər

Xalq 2021-01-08 18:34:45

Allah şəhidimizə rəhmət eləsin! Məkanı cənnət olsun! Allah ailəsinə səbr versin!

Son yazılar