“AZƏRBAYCAN SÜLHMƏRAMLILARI YERİNƏ OTUZDURMALIDIR” – Deputatdan açıqlama

Deputat Aqil Abbas: " Niyə mən Kəlbəcərə Murovdan getməliyəm? Gül kimi Ağdərədən Kəlbəcərə 80 kilometrlik yol var?"

"Qarabağ ərazisində yerləşən Rusiya sülhməramlı qüvvələri öz səlahiyyətlərini çox aşırlar".

"AzPolitika.info" xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə mübarizə Komitəsinin üzvü Aqil Abbas “Turan” agentliyinə açıqlamasında bildirib.

Deputat qeyd edib ki, Azərbaycan həmin sülhməramlıları yerinə otuzdurmalıdır.

"Bildirilməlidir, sənin fəaliyyətin nədir, səlahiyyətin nədir. Üçtərəfli bəyanatda bu qeyd olunub. Yerinə yetirə bilmirsənsə, xoş getdin. Azərbaycan bu missiyanı pozmaq hüququ var və bəyanatda bu yazılıb»-deyə millət vəkili vurğulayıb.

A.Abbas bildirib ki, Rusiya sülhməramlıları bir neçə məsələdə öz səlahiyyətlərini aşırlar: «Birincisi, bu sülhməramlılar orada oturublar, yanında da o qondarma “Artsax”ın (Ermənistanda Dağlıq Qarabağa “Artsax” deyirlər) və Ermənistanın bayrağı var. Ermənistanın ya «Artsax”ın bayrağın mənim torpağımda nə işi var?”

Deputat hesab edir ki, o bayraq çıxarılmalıdır: “Orada yalnız Azərbaycan və sülhməramlı bayrağı ola bilər. İkincisi, ermənilər Laçın dəhliziilə Qafandan Əsgərana gəlirlər. Bir buna razılaşmışıq, keçə bilərlər. Onda mənə də icazə versinlər ki, məndə Ağdamdan 37 kilometrlik yolilə Şuşaya gedim. Niyə mən Şuşaya Füzulidən 105 kilometrlik yol ilə getməliyəm? Niyə mən Kəlbəcərə Murovdan getməliyəm? Gül kimi Ağdərədən Kəlbəcərə 80 kilometrlik yol var. Niyə mən ordan getməli deyiləm? Sən sülhməramlısansa, məni də qoru, mən oradan gedim».

Komitə üzvü vurğulayıb ki, Rusiya sülhməramlıları Ermənistan və ya separatçıların hərbçilərini ərazidən çıxarmalıdır: «Onların hərbçiləri orada ola bilməz. Rusiya sülhməramlıları onları oradan çıxarmalıdır. Azərbaycanda başqa ölkənin ordusu ola bilməz. Azərbaycan ərazisində bir ordu ola bilər, o da Azərbaycan ordusudur.

Ümumiyyətlə bütün Qarabağ ərazisində prokurorları Azərbaycanın Baş prokuroru təyin etməlidir, polisləri Azərbaycan Daxili İşlər Nazirliyinin polisləri olmalıdır. Belə olmalıdır və belə də olacaq. Bir az zamana ehtiyac var».

"AzPolitika.info"

635x100

Şərhlər

boris 2021-01-10 21:57:40

aqil qeyrətə gəlib ? gözümlə görməsəm inanmaram,ola bilməz - 27 il nala-mıxa vuran adam niyə əqidəsini dəyişdi,əcaba!!!

Moshu 2021-01-09 23:33:44

Bəlkə Aqil müəllim nəyisə səhv deyir, düzgün təhlil etmir? Niyə hər şeyi ölkə başçısının üzərinə qoymalıyıq? Bəs biz də vətəndaş olaraq yeyib, içib, yatmalıyıq? Bəli, Rusiya öz imperiya siyasətindən əl çəkəsi deyil, bu onun qanına, canına, iliyinə işləyib. Bəlkə də bu ona heç lazım da deyil, amma bu allahlıq iddiası onu tərk etmir. Rəhmətlik Üzeyir bəy “O olmasın bu olsun”da deyir, mən bilmirəm Rüstəm bəy Məşədi İbadın nəyinə aşiq olub? Həqiqətən bu Putin ermənilərin nəyinə aşiq olub? İnternet səhifələrindən oxuyuruq ki, rus əsgərləri erməniləri təbrik edir, onların nazı ilə oynayır və s. və i.a. Xahiş edirəm məni tərbiyəsizlikdə ittiham etməyin. Aydın məsələdir ki, rus əsgəri 10 noyabr tarixdən Azərbaycanın ərazisindədir, Bunlar hamısı kişi xeylağıdır, evli olanı, subayı var. Ermənilər o qədər əxlaqsız, tərbiyəsizdirlər ki, arvadını da, qızını da kimin altına gəldi təklif edərlər ki, onların mənafeyini müdafiə etsinlər. Bildiyim qədər ermənilər rus əsgərlərinin mağazadan aldıqları malın pulunu almırlar. Ərazi bizim olmasına baxmayaraq biz kənarda dayanıb öz ərazimizə məzlum-məzlum baxırıq. Ölməkdən də ağır nəsə varmı, uzağı ölümdür. Bu 2783 nəfər şəhidimizdən artıqıxmı? Hər kəs özündə cürət tapıb haqq səsini ucaltmalıdır. Bütün dünya Azərbaycan xalqını necə lazımdırsa, eləcə də tanıdı. Sona qədər sözümüzü deməli və lazım olana nail olmalıyıq. Gəlin sona qədər qətiyyətli olaq P.S. Bəzi həmvətənlərim Aqil Abbasın fikirlərinə mız qoyurlar. Onların əksəriyyəti elə bil anlamırlar ki, ayını sirkdə təlimləndirirlər, bu Rus ayısını başa salmaq çox çətin məsələdir. Yəni onları Azərbaycana buraxmamaq mümkün idimi? Berlə olsa idi TÜRKİYƏdə bu məsələyə müdaxilə edərdi. Bir neçə rayonun da qansız-qadası qaytarılması da Azərbaycan diplomatiyasının balaca da olsa, qələbəsidir.

Özgür 2021-01-09 21:56:46

ruslarda misal var ki: luçşe pozdno çem nikoqda.

Xalq 2021-01-09 21:53:27

Aqil müəllimin təkliflərini dəstəkləyirik.

Əliyev 2021-01-09 19:05:32

Bir cox məsələləri zaman özü həll edir Səbrli olmag lazimdir Biz dogru yoldayig!

RT 2021-01-09 18:52:02

Yatmishdin ?

kazım 2021-01-09 18:36:06

Ay deputat gecdir. Onları torpağımıza buraxmaq lazım deyildir....

Son yazılar