Menu

ABŞ-ın vitse-prezidenti Pens Trampı hakimiyyətdən kənarlaşdırmağa hazırdır

11.01.2021, 00:17
ABŞ-ın vitse-prezidenti Pens Trampı hakimiyyətdən kənarlaşdırmağa hazırdır

Amerika Birləşmiş Ştatlarının (ABŞ) vitse-prezidenti Mayk Pens Konstitusiyaya edilmiş 25-ci düzəlişdən istifadə edə biləcəyini istisna etməyib. Düzəliş ona və kabinet üzvlərinin əksəriyyətinə imkan verir ki, prezidenti hakimiyyətdən kənarlaşdırsın. Bu barədə «CNN» telekanalı vitse-prezidentə yaxın mənbəyə istinadla xəbər verib.

Pens bu variantı Donald Trampın «daha qeyri-stabil» olacağı hala saxlayıb. Mənbənin sözlərinə görə, bu variant mümkündür.

Variant elə situasiyanın həllinə yönəlib ki, xəstəlik və ya ölüm nə dövlət başçısına öz vəzifələrini icra etməyə, nə də istefaya getməyə imkan vermir. Bu zaman nəzəri imkan var ki, düzəlişdən ağlı başında olan, ancaq istefa vermək istəməyən prezidentə qarşı istifadə olunsun.

Məlumat üçün bildirək ki, 1962-ci ildə ABŞ prezidenti Con Kennedi öldürülən zaman ölkədə belə bir situasiya yaranmışdı.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol