Menu

"Minsk qrupunun 30 ildə edə bilmədiyini 44 gündə gerçəkləşdirdik" - Ərdoğan

12.01.2021, 16:22
"Minsk qrupunun 30 ildə edə bilmədiyini 44 gündə gerçəkləşdirdik" - Ərdoğan

“Dağlıq Qarabağda 30 illik gecikmə ilə də olsa, ədalətin təcəlli etməsini, bölgənin həsrət çəkdiyi sabitliyə qovuşmasını təmin etdik”.

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqı ölkələrinin Ankaradakı səfirləri ilə görüşdə deyib.

“30 ildir Minsk qrupunun həll edə bilmədiyi və oradakı azərbaycanlı soydaşlarımızın öz ərazilərindən qovulduğu, oradan sürgünə göndərildiyi bu insanların torpaqlarını yenidən qazanmasına yardımçı olduq. Minsk qrupunun 30 ildə edə bilmədiyini verdiyimiz dəstəklə Türkiyə 44 gündə gerçəkləşdirib”, - dövlət başçısı qeyd edib.

Şərhlər

Xalq 2021-01-12 21:47:14

BÜTÜN TÜRKLƏRİN CÜMHURBAŞQANI AZƏRBAYCANIN ƏZİZİ SƏNƏ SAĞLAM ÖMÜR VƏ BÜTÜN PLANLARINIZIN ALLAHDAN HƏYATA KEÇMƏSİNİ ARZULAYIRIQ! ƏZİZ QARDAŞIMIZ 100 YAŞA!

OQTAY 2021-01-12 16:26:49

REIS, Size can saqliqi ARZU edirik,islerinizde hemise uqurlar arzulayiriq!!!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol