“PULU HARA XƏRCLƏYİBLƏR?” – “Bunu isə yalnız və yalnız Ramiz Mehdiyev bilir...”

Millət vəkili, təhsil eksperti Etibar Əliyev AMEA Rəyasət Heyətinin Fizika İnstitutundakı son dəyişikliklərlə bağlı bəyanatını şərh edib.

“AzPolitika” deputatın “AMEA-nın Rəyasət Heyətinin Bəyanatındakı paradokslar” başlıqlı “feysbuk” statusunu təqdim edir:

“Zəruri qeyd: AMEA-nın Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov və onun müavini, akademik Cavad Abdinov aparılan yoxlamanın nəticələrinə görə işdən azad edilmişlər. Bundan bir neçə gün sonra bu barədə dövri mətbuatda gedən yazılara cavab olaraq Rəyasət Heyəti "tarixi" bir bəyanat qəbul etmişdir. Qurumun Rəyasət heyətinin 12.01.2021-ci ildə qəbul etdiyi Bəyanatdan: "... Akademik Nazim Məmmədovun uzun illər Yaponiyada fizika professoru qismində elmi tədqiqat işlərilə məşğul olması, onun məqalələrinin yüksək indeksli, nüfuzlu xarici jurnallarda vaxtaşırı nəşr edilməsi, həmçinin Fizika İnstitutunda son illərdə yetişən bacarıqlı gənc tədqiqatçılar deyilənləri təsdiq edir. Biz öz həmkarlarımızın elmi fəaliyyətini yüksək qiymətləndirir, onların bundan sonra da öz bilik və təcrübələrini Azərbaycan elminin inkişafı naminə sərf edəcəyinə inanırıq.

Fizika İnstitutunda ötən ilin 17-25 dekabr tarixlərində aparılan yoxlamalar zamanı aşkara çıxarılmış qüsurlar sırf idarəçilik və maliyyə-təsərrüfat fəaliyyətilə bağlıdır. Bu zaman institutun elmi fəaliyyətinin qiymətləndirilməsi yoxlamanın predmeti olmamışdır. AMEA-da mütəmadi daxili yoxlamalar yalnız əmək nizam-intizamının tənzimlənməsinə, maliyyə-təsərrüfat və kadr fəaliyyətində yol verilmiş xətaların zamanında aşkarlanıb aradan qaldırılmasına xidmət edir."

Paradoksa diqqət edək: Öncə qeyd edim ki, Bəyanat cəmiyyəti çaşdırmağa xidmət edir. Bir tərəfdən deyirlər ki, institutda gənc bacarıqlı kadrlar yetişdirilir, digər tərəfdən isə deyirlər ki, kadr təyinatında xətalara yol verilib. AMEA-nın Rəyasət Heyəti izah etsin, görək, tədqiqat institutunda maliyyə-təsərrüfat pozuntuları (xətaları) nə deməkdir? Pulu hara xərcləyiblər? Əmək nizam-intizamının tənzimlənməsi nə deməkdir? 

İndi Nazim Məmmədovun yetişdirdiyi alimlərin sayına diqqət edək: (N. Məmmədov 2014-cü ildə AMEA-nın müxbir üzvü, 2017-ci ildə isə həqiqi üzvü seçilib) Fəlsəfə doktorları-2, elmlər doktoru-1 nəfər. Bu akademiklər arasında ən aşağı göstəricidir. Onun məqalələrinin xarici nəşrlərdə çap olunma tarixi də diqqəti çəkir: 2000-2008-ci illər. Adama elə gəlir ki, fizika elmi donub. Bəlkə deyəsiniz ki, neytrinonun kütləsinin kəşfindən (Nazim Məmmədova doğma olan yaponlar kəşf ediblər: S. Nakamura, T. Kadzita) sonra daha tədqiqatlara ehtiyac qalmayıb?

Sonda Rəyasət Heyəti bu mövzuya toxunanları hədələyib: “AMEA-da aparılan daxili yoxlamaları elm ictimaiyyətinin nümayəndələrinə qarşı qaralama kampaniyasına çevirməyə çalışanlar atdıqları addımın həm hüquqi, həm də mənəvi məsuliyyət yaratdığını unutmamalıdırlar.”

Demək AMEA-dan ancaq tərif yazılmalıdır?

P.S. Onun yerinə təyin olunmuş Adil Qəribovun yetişdirdiyi alimlərin sayı belədir: 18 fəlsəfə doktoru və 2 elmlər doktoru. Ancaq bu göstərici onun Fizika İnstitutuna direktor təyin olunmasına əsas vermir. Deyəsən ortada başqa nüanslar var. Bunu isə yalnız və yalnız Ramiz Mehdiyev bilir... Bilsin, ancaq mətbuatı hədələməsin.

Tələbələr üçün normal "Fizika" dərsliyi yazmaq və şagirdlər üçün fizikanı populyarlaşdırmaq lazımdır.”

“AzPolitika”

635x100

Şərhlər

AMEA-nin Tarix İnstitutu 2021-01-14 13:54:29

AMEA-da bir Tarix insitutu da varmış.... orada tarix elminə aiddiyəi olmayan çoxlu sayda elmi əməkdaşlar da varmışş, yaqub Mahmudov adlı psevdo-tarixçi rehberi varmış, nağıllar dünyasına bənəz xəayli uöurları da varmış.. Ağsaqqal-tarixçi Azərbaycanın ort əsrlər tarixnə dair kitablar yazıb, Ort Əsrlər Azərbaycanında danışılan və yazılan dillərin də heç birini bilmirmiŞ... bəs ağsaqql-tarixçi ilikn tarixi mənbələri necə öyrənib-təhlil edirmiş... suallar-suallar...

Eli 2021-01-14 00:03:10

Müharibeden sonra yegane xanım deputat Qenire Paşayeva Şehid ve Qazi ailelerini ziyaret edir Ne is eger sehv ediremse üzr isteyirem

Eli 2021-01-13 23:39:28

Azerbaycns Veten müharibesini üddü ,erazi bütövlüyünü temin etdi.3000 mine yaxın Şehid minlerle qaiz ve qehreman esgerlerin ordunun Ali baş komandanın şücaetle hesabına .

Eli 2021-01-13 23:07:30

1920- ci ilde eyni vaxtda Cenubi Azerbaycan Xiyabani hökumeti ve Azeebaycan SSR-de B.Nerimanov hökumeti Mirze Celili Maarif naziri vezifesini teklif etdiler ancaq o ikisinden de imtina etdi.Bilirsiniz belke onlar yazıçını ele de derinden tanımırdılat ve kimse ola biler xalqına Vetenine canı yanan gedai onların qulağına pıçıldayı. ki bu adam daha çox xeyir berer ve bu layiqdir ves.

Eli 2021-01-13 22:41:31

Men heç kimi günahkandırmıram estefurullah.Anca metbuatds setiraltı ifadelerle fikirinizi ictimaiyyete dövlete ve millete bildirib vicdan borcundan çıxardınız.Her haldz arifler ve qananlar Sizin mütexessisfikrinşzle tanış olardılar.Yoxsa kiminse pul oğurlamağı haqqındakı fikirler ne elme ne tehsile geç ne verr bilmez

Roma 2021-01-13 22:11:39

AMEA tərəfindən, görün nə qədər ictimaiyyəti çaşdırma və ya dolaşıq bir izah. Böyük, ciddi maliyyə pozuntuları vardır və məsul şəxslər adekvat cəzalanmalıdır. Ulu Öndər demişdir, "Dövlət iki şeydən sarsılar, cinayətkar cəzasız qalarsa..."

Eli 2021-01-13 21:33:20

AMEA prezidenti vezifesi mencə yaraşar deqiq elmler sahesinin Nehenglerine onlar da cavan 45-55 yaşlarda eneryili hövseleli vaxtlarında ki ortaya nese qoysunlar .Meselen Yusif Memmedrliyev Azad Mirzecanzade ve ya Lütfüzadenin varisi Ratiq Eliyev ve digerleri.

Eli 2021-01-13 21:23:26

Men ne elm ne de tehdil sahesinin adamı deyilem ve bu sahede piyada biriyem.Ancaq bir şeyi isteyirem mene kimse başa saksin Bu sahelee azçox beled olanlar ve hörmetli deputat da gözel bilir ki R.Mehdiyev AMEA prezident vezifesine Elmde İnailab etmeye getmeyib bu yaşda o ancaq vaxt keçirmeye darıxmamaq üçün gedi. Bu menim subyektiv fikrimdid .

.EJDER 2021-01-13 20:55:31

AYE ,OQRU NAZIR ,MEMURLAR NIYE CEZALANDIRILMIR,HIYY

Son yazılar