Moskvada məktəblərdə dərslər bərpa olunur
Baxiş sayı:
Dərc olunub:
14/01/2021 - 11:44
Yanvarın 18-dən etibarən Moskva məktəblərində bütün siniflər üçün dərslər bərpa olunur.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Moskva meri Sergey Sobyanin müvafiq fərman imzalayıb.
“Uşaqlar evdə oturmaqdan yorulublar. Lakin məktəblilər arasında xəstəliyə yoluxma riskinin artması əvvəlki kimi çox böyükdür. Buna görə də məktəblər epidemioloji təhlükəsizlik tədbirlərinə ciddi şəkildə riayət etməlidirlər”, - deyə S. Sobyaninin bloqunda bildirilib.
Məktəblilər üçün nəqliyyat kartları bərpa edilib.
Moskva meriyası digər məhdudiyyətləri yanvarın 21-dək uzadıb.
Son yazılar
20:45
“BU HƏBS ŞOYQUDAN XİLAS OLMAQ CƏHDİDİR” - “Onlar müharibənin bitməməsini istəyirlər, çünki...”
20:42
"Landmark"ın sahibi ilə bağlı müəmmalı olaylar - Xanımı ölkəni tərk etdi, özünə "stop" qoyulur
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.