“RUSİYANIN 7 RAYONU “BOŞ YERƏ” QAYTARMAQ FİKRİ OLMAYIB...” - Paşinyan-Popov polemikası Moskvanın Qarabağla bağlı məkrli niyyətini ifşa etdi

10 noyabr sazişindən sonra istər Vladimir Putinin, istərsə də digər yüksək rütbəli Rusiya rəsmilərinin “Dağlıq Qarabağın statusu” mövzusunda ziyanlı açıqlamalıarının şahidi olduq.

Buna paralel olaraq, ATƏT-in Minsk Qrupunun Bakıya və İrəvana səfəri baş tutdu ki, burada da məqsəd yenə həmsədrlərin “status narahatlığını” ortaya qoymaq idi. Məlum olduğu kimi, Azərbaycan açıq şəkildə bu təşkilatı “çağırılmamış qonaq” kimi qarşılayaraq, onun “xidmətlərinə” ehtiyacının olmadığını bildirdi.

Ermənistan tərəfi isə Rusiya və Fransa ilə birgə hər imkan düşdüyündə nizamlanmanın Minsk Qrupu çərçivəsində həyata keçirilməsinin vacibliyini qabartdı və hazırda da eyni mövqedə qalır. Və müharibənin bitməsindən daha artıq vaxt keçdikcə, Azərbaycana heç də dost olmayan Minsk Qrupu həmsədlərinin “status məsələsi” ətrafındakı canfəşanlığının səbəb və məqsədləri daha aydın şəkildə görünməyə başlayır.

Ermənistanın Baş naziri Nikol Paşinyan müharibədəki məğlubiyyət və bundan öncə danışıqlar prosesinin dalana dirənməsilə bağlı “44 günlük müharibənin mənbələri” başlıqlı son məqaləsində dolayısı ilə Rusiyanı ittiham edərək, danışıqlarda 7 rayonun Azərbaycana qaytarılması müqabilində Ermənistana heç nə təklif edilmədiyini iddia edib.

Xüsusilə danışıqlar masasındakı sənəddə Qarabağın “statusu məsələsi” barədə konkret heç nə deyilmədiyini və bu məsələnin qeyri-müəyyən dövrə qədər təxirə salındığını bildirib.

Ötən gün isə Rusiyanın Minsk Qrupundakı həmsədri İqor Popov Paşinyanın Rusiyanın ünvanına yönəltdiyi ittihamlara cavab verib və Azərbaycana qarşı qurulmuş məkirli planın bəzi detallarını açıq şəkildə ortaya qoyub.

Rusiyalı diplomat Paşinyanın ittihamlarına cavab olaraq deyib: “Rusiyanın 7 rayonu “boş yerə” qaytarmaq, status barədə unutmaq və sakitləşmək təklif etməsi barədə iddialar həqiqətə uyğun deyil”.

Rusiyalı həmsədr deyib ki, bir neçə ildir danışıqlar masasında müzakirə olunan və 2019-cu ilin iyununda son redaktədə tərəflərə təqdim olunan Rusiyanın təkliflərində əvvəlcə məlum 5 rayonun qaytarılması, sonrakı iki rayonun isə yalnız və yalnız “status məsələsi”nin həllinə paralel şəkildə verilməsi nəzərdə tutulub.

Və bu yerdə Popov Azərbaycana qarşı qurulmuş bu mənfur ssenarinin son nöqtəsini qoyan detalı açıqlayıb: “Masa üzərindəki təkliflərdə yekun statusla bağlı son məqsəd olaraq göstərilib: “Dağlıq Qarabağın yekun hüquqi statusunun müəyyən edilməsi üçün BMT və ATƏT-in nəzarəti altında Dağlıq Qarabağ əhalisinin azad iradəsini əks etdirən ümumxalq səsverməsinin keçirilməsi və nəticələrin beynəlxalq hüquq normalarına uyğun olaraq, məcburi hüquqi xarakter daşıması nəzərdə tutulur. Həmçinin, səsverməyə çıxarılan suallara heç bir məhdudiyyət qoyulmayacaq və istənilən nəticəyə tərəflər hörmətlə yanaşacaq.

Yeri gəlmişkən, hətta Laçın koridorunun eni də ikinci etapda, yəni Laçın və Kəlbəcər rayonlarının qaytarılmasına paralel şəkildə müəyyən edilməliydi.”

Göründüyü kimi, rusiyalı diplomat Paşinyanın ittihamlarına cavab olaraq, həmsədrlərin, xüsusilə Rusiya ilə Fransanın gerçək məqsədlərini aqçıqlayıb. İqor Popov erməni baş nazirə cavabında bu ssenarinin baş tutmamasına Paşinyanın 2018-ci ildən etibarən yürütdüyü “fərqli siyasətin” səbəb olduğunu qeyd edib.

Əslində, rusiyalı həmsədrin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə açıq təhdid xarakteri daşıyan bu ssenariyə dair söylədikləri uzun illər ölkəmizə qarşı Ermənistana himayədarlıq edən Minsk Qrupunun gerçək məramını ortaya qoyur. 

Həmsədrlərin Bakıya son səfərləri zamanı az qala qapıdan qovulması da Azərbaycanın bu ssenarini 44 günlük müharibə nəticəsində alt-üst etməsinin və bu mövzuya qayıtmaq fikrində olmadığının göstəricisidir.

Lakin Popovun bu açıqlaması digər yandan da Rusiya sülhməramlılarının ermənilərin yenidən Qarabağa doldurulması üçün göstərdiyi canfəşanlığa aydınlıq gətirmiş oldu.

Bu, “Dağlıq Qarabağ əhalisinin azad iradəsini əks etdirən ümumxalq səsverməsinin keçirilməsi” ssenarisinin əsas tərtibatçılarından birinin, hətta yəqin ki, birincisinin məntiqi addımıdır. Və bu addım göstərir ki, Rusiya üşün həmin ssenari hələ qüvvədədir. Burada məqsəd sadəcə, ermənilərin “könlünü almaq”, Qarabağ Müharibəsindəki acı məğlubiyyətin yaralarını sarımaq yox, Rusiyanın bölgədəki varlığını sürdürmək üçün əsas yaratmaq və Azərbaycanı mümkün qədər təzyiq altında saxlamaqdır.

Azərbaycana qarşı əsas təzyiq vasitəsi isə “status məsələsi” ola bilər ki, onunla da bağlı səsvermə keçirmək üçün Rusiyanın istədiyi nəticəni ortaya qoyacaq kütləyə ehtiyac var – yəni erməni əhalisinə.

Məhz bu, Rusiyanın Azərbaycanla bağlı cızmaq istədiyi maraqlar çərçivəsinin pozulmamsına təminat verəcək əsas amillərdən, alətlərdən biri sayıla bilər. Buna necə nail olunduğunu isə Moskva MDB-dəki digər münaqişə zonalarında, xüsusilə də Krımda nümayiş etdirib...

Nəhayət, Popovun bu açıqlaması Azərbaycanda “Rusiyanın əvəzolunmazlığı” təbliğatını aparan Moskvaya xidmət edən kölə xislətli, gerizəkalı məlum ünsürlərin – akademiklərin, deputatların, ekspertlərin, partiya sədrlərinin hansı ssenarilərə xidmət etdikləri barədə bir daha düşünməyə əsas verir.

Və bir daha göstərir ki, bu rusbaş “siyasətçilər”, “politoloqlar” və sair ünsürlər öz mövqelərilə Azərbaycanı istənilən yolla parçalamağa və təzyiq altında saxlamağa çalışan şər qüvvəyə xidmət edirlər.

C.Məmmədov

“AzPolitika.info”    

635x100

Şərhlər

həsən 2021-02-02 15:22:15

azərbaycan dövləti konstitutsiya dəyişikliyinə getməlidir və keçiriləcək hər hansı bir referendum olarsa onda həmin referendumda bütün ölkə əhalisi iştirak etməlidir

Hikmət 2021-01-20 14:20:41

Məqalədən də aydın olur ki, Qarabağ davasının 3-cü, həll edici mərhələsinə qədəm qoyuruq. Bu səbəbdən də daxili birliyimizi dahada möhkəmləndirməli, dövlətimizin, ordumuzun qüdrətini gücləndirməliyik. Azərbaycana xor baxan bütün gözləri kor etməliyik.

boris 2021-01-20 13:17:30

təcili buraxılmış səhvləri isti-isti həll etmək lazımdır,iş-işdən keçməmiş Laçın girişi nəzarətə götürülməlidir,bilinməlidir bu yolla ruslar nə gətirir ,kimi gətirir.İkincisi əgər ruslar ərazidə qalmış 25 min silahlı Ermənistan ordusunu çıxartmaq istəmirsə demək ondan özü üçün istifadə etmək istəyirlər,deməli özümüz çıxartmaga təkid eləməliyik.Üçüncüsü,erməni simvolları oralarda qaldıqca onların yenidən müstə

Cəmşid Dərələyəzli 2021-01-17 10:09:46

Erməninistan və Rusiya didşmələri çox gizlinləri ortaya tökəcək. İlanın ağına da, qarasına da nəhlət.

КQB 2021-01-16 07:51:21

Gūcūmūz neye çatırsa maximum onuda edirik.Minali yerlere adam göndermek olmaz.Meqalede yazilanlar dūzdūr.Rus ermeniye status almaga çalişir.Əgər bunu eləsə Azerbaycan Rusiya ilə būtūn elaqeleri kesmelidir.Ūltumatum vermelidir.Bundan başqa Rusiya terkibinde būtūn Rusiya əleyhdarlarini desteklemeliyik.Mence hele ģec qalmişiq.Prezidentimiz de her şeyi ģörūr.Maximal derecede Rusiyani Iblisi neytrallaşdirmaga çalişir.

Akif m. 2021-01-15 09:02:58

Yazı çox xoşuma gəldi. "Buzovnalı" nikili istifadəçinin iradı da gündəm olmalıdır. Minsk qrupunun regionda bu missiyanilə bağlı siyasəti iflasa uğradı. 3 belə oyunlarda qüdrətli ölkə müstəqilliyə yeni qədəm qoymuş ölkənin düşünülmüş, doğru siyasəti qarşısında təslim oldu. Onlar üzdə gülsələr də içlərinə qan damır. Məqsəd qalır, ona çatmağın digər formasına əl atırlar. Dağlıq Qarabağa status qazandırıb Azərbaycandan ayırmaq planları var, yəni münaqişəni daha başqa müstəviyə keçirmək istəyirlər, üzümüzə gülə-gülə. Ona görə də “status məsələsi”ilə bağlı səsvermədə istədiklərinə nail olmaq üçün səsçoxluğu yarada biləcək insan sayına ehtiyac var . Gedəndə buraları minalayıb rədd olmuş əbləhləri gedib belə canfəşanlıqla geiyə qaytaran rus sülhməramlılarının yeganə məqsədi bu ola bilər. İnşallah yazağzı havalar yaxşılaşmağa meyilli olan kimi Qarabağdan olan həmvətənlərimizi torpaqlarına qaytarmaq lazımdır.İndidən bunun mexanizmi, təşkilati-ideoloji tərəfləri işə düşməlidir. Qarabağda yaşamaq istəyən digər həmvətənlərə müraciət edilməlidir.

buzovnali 2021-01-14 20:56:10

Hami sözdə ağillidir.Bir nəfər də azərbaycanli qacqin Qarabaga yerləşdirilməyib ...

Xalq 2021-01-14 19:30:51

Cəlal müəllim! Əla və çox dəyərli yazıdır! Bu rusları müdafiə edənlərə nə deyim, bunların adını satqın qoymaq daha düzgündür! Belənçik insanlar hər cürə nifrətə layiqdirlər!

vetendash 2021-01-14 19:03:47

......., YALAN - PALANLA, XALQI ALDATMAQ OLMAZ, chunki, XALQ AVAM DEYIL. Azerbaycanin DAXILI DUSHMENLERI , Azerbaycan XALQINDAN LAZIMLI CAVABLARINI ALACAQLAR, MUTLEQ !

Cavan 2021-01-14 17:30:22

Çox vaxtında yazılmış,mükəmməl olaraq ictimai siyasi vəziyyəti əks etdirən məqalədir.Putin Rusiyası müharibənin belə qurtarmasını istəmir

TARIX 2021-01-14 17:21:42

BİLMƏLİYİK Kİ,RUSİYA RİYAKAR VƏ ERMƏNİPIRƏSTDİR.

Cefer Memmedov 2021-01-14 15:52:50

Cəlal bəy quşu gözündən vurnusan. Amma nəzərə alaq ki, bunlar quş deyil xalis bayquşdur, onda bunları gözündən yox, .....vurmaq lazımdır.

omar 2021-01-14 15:36:45

Azərbaycan xalqı hələ Paşinyana çox sağ ollar deyəcək,çünki o rusun da,ATƏT-in də əsl simasını da açıb,eyni zamanda hərəkətləri və sözləri ilə də bizə torpaqlarımızı qaytarmağa rəvac verib.Bu adam bəlkə də yeganə ermənidir ki,bicliyi yox,gicliyi var və eyni zamanda bəlkə də ən dürüst yeganə erməni başçısıdır.

omar 2021-01-14 15:32:41

Azərbaycan xalqı hələ Paşinyana çox sağ ollar deyəcək,çünki o rusun da,ATƏT-in də əsl simasını da açıb,eyni zamanda hərəkətləri və sözləri ilə də bizə torpaqlarımızı qaytardı

Eli 2021-01-14 15:26:24

Çox düzgün ve obyektiv tehlildir

Son yazılar