Menu

"Gülləbaran edilmiş heykəllər təxminən 30 ildən sonra Vətənə qayıdıb ” - Prezident (VİDEO)

15.01.2021, 14:12
"Gülləbaran edilmiş heykəllər təxminən 30 ildən sonra Vətənə qayıdıb ” - Prezident (VİDEO)

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində işğaldan azad olunan ərazilərə Prezident İlham Əliyevlə birlikdə səfərləri ilə bağlı növbəti paylaşım edib.

"Report"un məlumatına görə, videogörüntülərdə dövlət başçısı deyir:

“Bakıdan gətirmişəm. Xurşudbanu Natəvan, Üzeyir Hacıbəyli, Bülbül. Ermənilər tərəfindən gülləbaran edilmiş heykəllər təxminən 30 ildən sonra Vətənə qayıdıb”.

Birinci vitse-prezident M.Əliyevanın digər paylaşımı isə Şuşadakı Aşağı Gövhər ağa məsciidi ilə bağlı olub.

“Aşağı Gövhər ağa məscidi. O tərəfdə gözəl dağlar”, - Prezident bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol