Menu

“Müsavat Partiyası məndən qəsb olunub” - Rauf Arifoğlu

16.01.2021, 19:49
“Müsavat Partiyası məndən qəsb olunub” - Rauf Arifoğlu

"Space" telekanalında yayımlanan "Qırmızı xətt" verlişində "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu maraqlı iddialar səsləndirib.

Verilişdə "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, deputat Hikmət Babaoğlu ilə sərt polemikaya girən Arifoğlu Müsavat Partiyasını indiki rəhbərliyin ondan qəsb etdiyini vurğulayıb: "Partiya yaratmaq 1989-cu ildə bir qəzet ideyasından doğaraq mənim tərəfimdən ortaya qoyulub. İsa Qəmbər və Müsavat Partiyasının rəhbərliyi isə hakimiyyətdə olarkən mənim və partiyanın katiblərindən biri olan Niyazi İbrahimovun dəvəti ilə bizim qurduğumuz partiyaya gəliblər. Sovet hakimiyyəti dövründə Müsavat adına partiya təsis olunması cinayət sayılırdı. Mən təqib olunurdum, adım general Qromovun siyahısında idi. Mən Sovet dövründə Müsavat adına təsisat qurmuş adamam. O qəzet hələ də davam edir, adı mən 30 ildir daşıyıram. Müsavat partiyasının kökünü, əsasını qoyan adam mənəm. Təvəzökarlıqdan indiyə qədər demirəm. Amma biləsiz ki, indiki rəhbərlik sonradan gəlib, partiyanı məndən qəsb ediblər. Sabah məhkəmə ilə iddia qaldırsam, partiya mənə keçəcək".

R.Arifoğlunun dedikləri ilə bağlı Müsavat başqanı Arif Hacılıya müraciət etdik. Hacılı bu barədə suala cavab verməkdən imtina edərək partiyanın təşkilat şöbəsinə müraciət etməyi tövsiyə etdi.

Müsavatın təşkilat şöbəsinin müdiri Razim Əmiraslanlı isə "AzPolitika.info"-ya bildirib ki, Rauf Arifoğlu Müsavat Partiyasının üzvü olub və 2015-ci ildə öz ərizəsi ilə partiyadan istefa verib. Onun partiya ilə bağlı iddiasının heç bir əsası yoxdur.

"AzPolitika.info"

Şərhlər

Veteran 2021-01-22 10:47:40

Bəs sən və sənin kimilər kimlərdən qəsb edibsiniz a "bəy"?

allahverdi 2021-01-17 12:09:32

sen ....

pensioner 2021-01-17 10:29:33

Rauf kişi lap ağını çıxartdı.Deyəsən indi də "xalq jurnalisti" adını almaq istəyir.

Səid 2021-01-17 04:36:25

Ümummilli Liderimiz Heydər Əliyevin ilk Prezident seçkilərini və Prezidentliyinə qəbul etməyən Rauf Bəy, yadındadır?!!!, indi də Müsavata daş atirsan?!! İnsan dəyişə bilər amma bu dəyişmə başqalarını hədəf almadan mərdcə olmalıdır. Çox heyf ki, Sizin kimi "Siyasətçilərin" dövründə yaşayırıq. Sınıq, salacaq, keyfiyyətsiz və namərd siyasət dövründə!!!

t.ədalət 2021-01-17 00:18:31

Adam deyir ki,Musavat partiyasının əsasını mən qoymuşam,partiya məndən başlayır.Amma tarix isə bu Partiyanın əsasını qoyan kimi Məmməd Əmin Rəsulzadəni göstərir.R.Arifoğlu,bəlkə Məmməd Əmindən əvvəl dünyaya gəlib?Nə bilmək olar.Bu partiyanın sonrakı yaranışı,daha doğrusu,bərpası İsa Qənbər tərəfindən Filarmoniyanın binasında keçirilən qurultayda olub.O zamanların qəzetləri belə yazırdı.Sinəsinə medal asanlar,adətən buyruq adamları olur.Sovet hakimiyyəti dağılmamışdan kimlərinsə hansısa partiyanı yaratması "KQB"-nin əli ilə olurdu.

vətənindaşı 2021-01-17 00:12:44

bir zaman bəlkə yaxşı oğlan olmusan ama danışma ki sənə baxıb ümidsizliyə düşməyək-özümüzə nifrət etməyək--lütfən-danışdırırlar-səni deptat etməyəcəklər--münki bilirlər ki qəlbində bu xalqa bağlısan--dost məsləhəti--

Kaku 2021-01-16 23:22:23

wexsiyyet olmuyandan sonra ne qurursan ne yaradirsan tez unudulur onsuzki

Türk 2021-01-16 22:11:47

Əqidə dəyişmək hələ qədimdən olub. Ancaq əqidəni dəyişib öz keçmiş əqidədaşlarına qənim kəsilmək hər kişin işi deyil

Mehdi 2021-01-16 21:23:05

Isteyirmiski musavat partiyasinida musavat qəzetinə oxsatsin ey.....Belkede ölkede ən varli adamlardan biridir.

Vətəndaş 2021-01-16 21:05:32

Buna da əl atırsan?

BAKILI 2021-01-16 20:47:50

Utanmasan oynamaga ne var

M.Əsgərov 2021-01-16 20:03:56

Müsavat partiyasının yaranması Rəsulzadənin bir kərə yüksələn bayraq bir daha enməz ideyasının bənzəri kimi təbii proses idi, yəni müstəqilliyin havası belə gələn kimi bu patriya yaradılmalı idi, hətta Rauf , İsa, Arif olmasaydı belə

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol