NAVALNI MOSKVAYA QAYITDI - Hava Limanında saxlanıldı

Bu gün Almaniyadan Moskvaya təyyarə ilə gələn Rusiya müxalifətinin lideri Aleksey Navalnı hava limanında saxlanılıb.

Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

Aleksey Navalnı Şeremetyevo Hava Limanında Rusiya Federal Penitensiar Xidmətinin Moskvadakı əməliyyat şöbəsinin axtarış şöbəsinin əməkdaşları tərəfindən axtarışda olduğuna görə saxlanılıb.

Qeyd edək ki, A.Navalnı ötən il avqustun 20-də təyyarədə özünü pis hiss etdiyi üçün Omskda xəstəxanaya yerləşdirilib. O, sentyabrın 7-də Almaniyanın paytaxtı Berlin şəhərindəki “Şarite” klinikasına köçürülüb. Almaniya hökuməti A.Navalnının qanında “Noviçok” adlı zəhərli maddənin aşkarlandığını açıqlayıb.

Müalicə alaraq sağalan Aleksey Navalnı bu gün Almaniyadan təyyarə ilə Moskvaya gəlib.

635x100

Şərhlər

t.ədalətə 2021-01-18 11:23:34

Əyər Rusiya bütün imicini itirmiş ölkə olsaydı Azərbaycan hakimiyyəti rusları Qarabağa dəvət etməzdi.........

t.ədalət 2021-01-17 22:48:15

Rusiya bütün imicini itirmiş bir ölkə kimi,ola bilsin ki,Navalnını özü hazırlayıb.Dünya ölkələrinin çoxunda belə bir addım atılır.Hakimiyyətə gələn rusun iqtidar,yaxud da müxalifət nümayəndəsi olması fərq etməz.Onlasr hamısı rusdur və rus siyasətinə xidmət edirlər.Guman ki tezliklə hər şey məlum olacaq.

Son yazılar