Menu

Şəhidlər Xiyabanı istiqamətində avtobusların hərəkəti müvəqqəti dəyişəcək

18.01.2021, 17:54
Şəhidlər Xiyabanı istiqamətində avtobusların hərəkəti müvəqqəti dəyişəcək

20 yanvar faciəsinin 31-ci ildönümü günü Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsinin yad edilməsi məqsədilə keçiriləcək anım tədbiri ilə əlaqədar Parlament prospekti Şəhidlər Xiyabanı istiqamətində, eləcə də digər ətraf küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Məlumatda deyilir ki, sözügedən küçə və prospektlərdən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət trayektoriyası da səhər saatlarından tədbir tam başa çatana qədər dəyişdiriləcək. Sərnişin avtobusları digər nəqliyyat vasitələrinin yönləndirildiyi alternativ küçə və prospektlərdən keçməklə hərəkət edəcək.

Şərhlər

t.ədalət 2021-01-18 23:21:48

Şəhidlər xiyabanının ən yaxşı ziyarəti bu qətliamı törədənlərin-Rusiyanın adı girişdə böyük hərflərlə yazılması olar.Xiyabanın girişində bizi öldürən rus-sovet tanklarının törətdiyi qətliamı əks etdirən abidələr tikilməlidir.Təəssüf ki hələ də ziyarətçilərə istiqamət verən rus cəlladlarının əməlləri haqqında heç bir lövhə yoxdur.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol