“20 yanvar 1990-cı ildə Bakıda həlak olanların qarşısında baş əyirəm” - Nikol Paşinyan + FOTO

Ermənistanın Baş naziri Nikol Paşinyan 20 yanvar 1990-cı ildə Bakıda həlak olanların qarşısında baş əydiyini bildirib.

“Armvoice” “Telegram” kanalının məlumatına görə, bu barədə o, jurnalist kimi “Molorak” qəzetində köşə yazısı dərc edibmiş.

1998-ci ilin 11 fevral tarixində dərc olunan “Ermənilər və azərbaycanlılar - oxşar taleyi olan xalqlardır” başlıqlı məqalədə Nikol Paşinyan hər dəfə Azərbaycan və Türkiyənin günahsız qurbanlarına toxunanda ermənilərin ovqatının niyə təlx olunduğunu soruşur.

Paşinyan məqaləsini bu sətirlərlə bitirir: “Yanvarın 20-də mən 1990-cı ilin qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdim”. (oxu.az)

635x100

Şərhlər

Vətəndaş 2021-01-20 21:22:44

Xeyir ola bəytərifi başlayıb?

Ağasəf Qədirov 2021-01-20 20:10:37

Bu adam hakimiyyətdə bir azda qalsa bizimlə müttəfiq olacaq

vətənindaşı 2021-01-20 18:48:55

burda təccüblü nə var ki Paşinyan doğruda yaxşı oğlanidi anca Şuşada ona içirdilən tut arağına nə qatdılarsa və dozasın çox etdilə başı xarab oldu

Son yazılar