"QORBAÇOV HƏR ŞEYİ MƏHV ETDİ..." - Vəzirovdan maraqlı açıqlamalar

“1990-cı ilin yanvarında Bakıya qoşun yeritmək barədə qərar olmayıb. Yalnız Dağlıq Qarabağ və ətraf rayonlarda fövqəladə vəziyyət elan olunması barədə fərman olub". Virtualaz.org bildirirki, bunu rus blogerlərindən birinə verdiyi müsahibədə Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin keçmiş birinci katibi Əbdürrəhman Vəzirov deyib.

Onun sözlərinə görə, o 18 yanvar 1990-cı ildən etibarən Azərbaycana rəhbərlik etməyi dayandırıb.

"18 yanvar 1990-cı ildə mən artıq 1-ci katib deyildim. Bunu mənə elan etdilər. Təklif etdilər ki, ya Mərkəzi Komitəyə işə, ya da Xarici İşlər Nazirliyinə qayıdım. Mən isə bəyan etdim ki, onlarla daha işləmək istəmirəm. 18 yanvar 1990-cı ildə istefamdan sonra Azərbaycanı tərk etdim", - Vəzirov deyib.

Əbdürrəhman Vəzirov daha bir maraqlı detalı açıqlayıb.Onun sözlərinə görə, 1989-cu ildə iki dəfə istefa vermək istəyib.

"Mən 1989-cu ilin avqustunda istefa məsələmi qaldırdım. Həmin ilin dekabrında yenə istefa vermək istədiyimi bildirdim", - o bildirib.

Vəzirov xatırlayır ki, hələ 1985-ci ildə Qorbaçov ona Azərbaycana rəhbərlik etməyi təklif edib.

"Mən onda imtina etdim. Diplomatik iş mənə daha cazibədar görünürdü. Digər tərəfdən öhdəsindən gələ bilmədiyimi dərk edirdim. Bu təklifdən boyun qaçırdım, Qorbaçov da məni dəstəklədi. Görünür, birinci dəfə mənə bu vəzifəni təkilf edəndə münasibətimi öyrənmək istəmişdi", - o əlavə edib.

Vəzirovun sözlərinə görə, Qarbaçov ikinci dəfə 1988-ci ildə ona Azərbaycana rəhbərlik etməyi təklif edib.

"1988-ci ildə məni diplomatik vəzifədən təcili geri çağırdılar və yenidən Azərbaycana rəhbərlik etməyi təklif etdilər. Mən dedim ki, bunu bacarmayacağam. Bilirdim ki, məni hansı çətinliklər gözləyir. Qorbaçov mənə dedi: "Rəhman, partiyaya kömək etmək lazımdır". İlk vaxtlar kömək etməyə çalışdım. Sonra Qorbaçov hər şeyi məhv etdi", - Ə. Vəzirov qeyd edib.

Vəzirov etiraf edib ki, 20 yanvardan sonra bir daha Qorbaçovla görüşməyib.

635x100

Şərhlər

Malik 2021-01-26 18:17:43

Goresen mili dushunce rehberlerin hansinda var idi. Vezirovda< Mutellimovda xalgin qaygisina qalan insanlar idi. Olkeni ishhal etmish maviyya onlari devirdi ve hakimiyyeti omurluk ve hemishelik ala aldi.

Roma 2021-01-25 15:19:07

Vəzirovun Respublikanın rəhbərliyinə gətirilməsi və onun işlədiyi dövr ən həssas bir tarixi dövrə düşdü və onun da səriştəsizliyi, mentalitetdən uzaq olması, Moskvanın çaldığı havaya oynaması 20 yanvar və bir qədər də sonrakı faciələrə gətirib çıxardı. İndi üstündən uzun illər keçibdir və bu adam yaxşıolardı ki, səmimi olaraq o vəzifəyə layiq olmadığını etiraf edəydi...ı

Veteran 2021-01-21 15:08:06

Vəzirov heç də pis rəhbər olmayıb.Gəncə şəhərində işlədiyi dövrü xatırlayanlar danışırlar.

Azər 2021-01-21 13:24:30

Bu adam kosmopolit idi. Azərbaycan onun üçün heçbir əhəmiyyət kəsb etmirdi, elə indinin özündə də. Yəqin diplomatiya sahəsində də yararsız olub. Bir sözl, keyfiyyətsiz adam olub.

Nazim 2021-01-21 10:41:44

Hələ bir utanıb qızarmadan intervü də verir bu “adam”.

Vətəndaş 2021-01-21 08:48:17

...ı bunu vaxtında deyəydin. Sənə yalnız belə təhqir formasında müraciət düz alınır.

t.ədalət 2021-01-21 01:29:47

Vəzirovun dedikləri hamısı yalandır.Birinci katib seçilən kimi ilk işi ermənistanlı və Naxçıvanlı məmurları təqib etmək oldu.Cəmil Əlibəyov başda olmaqla bir qurup rüşvət toplayanlar ortaya çıxmışdı.Rayonlarda olan varlı adamların siyahısını toplayırdılar.O zamanlar Xarici dil. institutunun rektoru olan Z.Verdiyeva mənə dedi ki,Vəzirovun adamları mənə zəng edir,əylənmək üçün tələbə qızlar istəyirlər.Bir sözlə Vəzirov nankor və ermənipərəst birisi idi.O da mütəllibov kimi Moskvanın sədaqətli iti idi.Milli düşüncədən uzaq idi.

Son yazılar