“Ukraynaya silah verməyi dəstəkləyirəm” – Yeni Dövlət katibi

Prezident Co Bayden administrasiyasında Dövlət katibi postunu tutacaq Entoni Blinken Ukraynaya letal silah verilməsi ideyasını dəstəklədiyini bəyan edib.

Uyğun bəyanatı o, yanvarın 19-da Senatın xarici işlər komitəsində öz namizədliyinə baxılması zamanı etdiyi çıxışda səsləndirib. Bəyanat, senatorların «Blinken Ukraynaya hərbi köməyi necə təsəvvür edir?» - sualına cavab olaraq səslənib.

Bu zaman gələcək Dövlət katibinə xatırladıblar ki, Blinkenin işlədiyi Prezident Barak Obama administrasiyası Kiyevə silah tədarükündən çəkinib. «Mən, Ukraynaya müdafiə köməyi olaraq, silah verməyi dəstəkləyirəm. Əslində, mən «Nyu-York Tayms» qəzetində üç il əvvəl məhz bu barədə yazmışam» - Blinken bəyan edib.

Xatırladaq ki, Konqresin hər iki palatası tərəfindən razılaşdırılmış ABŞ hərbi büdcəsi 2021-ci maliyyə ilində Ukraynaya 250 milyon dollarlıq hərbi köməyi təklif edir. Bu, Pentaqonun xətti ilə ayrıla biləcək vəsaiti də nəzərdə tutur.

2020-i ildə isə ABŞ-ın Ukraynaya silah tədarükü rekord həddə olub. Belə ki, ötən il Vaşinqton Kiyevə 510,5 milyon dollarlıq silah satıb, bu da 2019-cu ildəki məbləği iki dəfə aşır.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar