DEPUTAT YAP-ın SƏDR MÜAVİNİNİ “5-Cİ KOLON”un ÜZVÜ ADLANDIRDI, O İSƏ... - “Deyir ki, Əli Həsənovun evində erməni var...”

Milli Məclisin deputatı Siyavuş Novruzov Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sabiq sədri, Yeni Azərbaycan Partiyası sədrinin müavini Əli Həsənovu "“beşinci kolon”un üzvü" adlandırıb.

Belə ki, S.Novruzov jurnalist Əvəz Zeynallının “Əli Həsənov ”beşinci kolon"dur? Deyir ki, İlham Əliyev Xankəndini Putinin xahişi ilə almadı..." sualına “Belə danışanların hamısı ”beşinci kolon"dur. Ad çəkmirəm, əgər kimsə bu fikri səsləndiribsə, deməli, “beşinci kolon”dur. Hərə məhəbbətini bir formada ifadə edir. Amma düşünmür ki... Azərbaycan tarixdə olmayan bir qələbə əldə edib, bunu hər kəs qəbul edir" cavabını verib.

Bununla bağlı musavat.com-a açıqlama verən Əli Həsənov xeyli özünü təriflədikdən, “qəhrəmanlıqlarından” danışdıqdan sonra “beşinci kolon”un üzvü olmadığını deyib. Hətta “beşinci kolon”un nə olduğundan xəbərsiz olduğunu iddia edib: “Mən heç bilmirəm “beşinci kolon” nə deməkdir, nədir. Ona görə də heç kimdənsə soruşmuram ki, nə olan məsələdir, ölkədə belələri varmı, yoxmu...”

YAP-çı həmkarının ittihamlarını isə təkzib etməyə çalışıb.

Jurnalistin “ Siyavuş Novruzov jurnalist Əvəz Zeynallının “Əli Həsənov ”beşinci kolon"dur? Deyir ki, İlham Əliyev Xankəndini Putinin xahişi ilə almadı..." sualına “Belə danışanların hamısı ”beşinci kolon"dur" cavabını verib. “Beşinci kolon” ittihamına münasibətiniz necədir?” sualına belə cavab verib:

“Mən öncə bir məsələyə münasibət bildirmək istəyirəm. Mən heç bilmirdim ki, Əvəz Zeynallı adında TV-dir nədir var. O, jurnalistika prinsiplərinə zidd, etikadan kənar bir hərəkət edib, ailə məsələsinə toxunub. Deyir ki, Əli Həsənovun evində erməni var. Birincisi, mənim evimdə erməni yoxdur. Bu barədə əvvəllər çox yazırdılar. Son dəfə bu barədə açıqlamamı “525-ci qəzet”ə təxminən 10 il öncə vermişdim və bununla da bu söhbət qurtardı. İndi Əvəz Zeynallı bu söhbətə qayıdır. O, nədən belə edir, bilmirəm. 

Birincisi, mənəvi, etik baxımdan yanlış edir, ikincisi, qanuna da zidd olan hərəkətə yol verir. Mənim ixtiyarım var ki, bu saat onu məhkəməyə verim və ailəmə böhtan atdığına görə ona cinayət işi açılması tələbini qoyum. Ancaq özümü o səviyyəyə salmaq istəmirəm. Mən 51 il dövlətimə, xalqıma rəsmi vəzifələrdə olaraq xidmət etmişəm. Cənab Prezident də məni təqaüdə göndərərkən əməyimi çox yüksək qiymətləndirib. Mənə başqa heç kimin hansısa fikri maraqlı deyil. Mən qiymətimi almışam və təqaüddəyəm.

Siyavuş Novruzovla əlaqəli məsələyə gəldikdə, mən inanmıram ki, Siyavuş mənim ünvanıma “Əli Həsənov ”beşinci kolon"dur" fikrini işlətsin. Mən Siyavuşun partiyada işini, xidmətini həmişə qiymətləndirmişəm. Özü də hər səviyyədə açıq qiymətləndirmişəm, başqaları kimi yox. Bunu onun özü də yaxşı bilir. Mən Siyavuş Novruzovdan mənə böhtan olan fikir gözləmirəm. Onun YAP-da böyük xidməti olub və bu xidməti mən həmişə dilə gətirmişəm”.

Əli Həsənov “beşinci kolon” olmadığını iddia etsə də, xalqı Rusiyanın gücü ilə qorxutmaqdan və Putinə olan sevgisini ifadə etməkdən çəkinməyib: “Obyektivlik naminə deməliyik ki, 44 günlük müharibədə Rusiya prezidenti Putin obyektivlik nümayiş etdirdi... İndi də deyirəm ki, Putin Paşinyana kapitulyasiyaya imza atması üçün təsir edib. İndi bunu bilə-bilə biz Rusiya dövləti və onun liderinə qarşı hücum etməliyik? 

İkincisi, Rusiya dövləti ilə oyun oynamaq olar?! Mən 20 il demişəm ki, Qarabağ problemini saxlayan Kremldir. Amma son Qarabağ müharibəsində Vladimir Putin faktiki olaraq Azərbaycanın maraqlarına cavab verən mövqe ortaya qoydu, Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu açıq bəyan elədi və dedi ki, hərbi əməliyyatlar Ermənistan ərazisində deyil, Azərbaycanın ərazisində aparılır, oraya Rusiya müdaxilə edə bilməz. Putin bunu deməyə də bilərdi. Amma dedi. Ermənistan torpaqlarımızı 30 il idi işğal etmişdi, ona bir söz deyən var idi?! 

Rusiya indi müdaxilə etsəydi, ona Qərbdən bir söz deyən olacaqdı?! Heç kim heç nə deməyəcəkdi. Rusiya əməliyyatlar yeni başlayanda müdaxilə etsəydi, vəziyyətin necə olacağını bir anlıq düşünün. Mən ədalət naminə bunları dilə gətirirəmsə, məgər Rusiyanın adamıyam?! Beynəlxalq qanunvericilik 30 ildə Qarabağ məsələsində işləməyib. Əgər Rusiya beynəlxalq konvensiyaları pozsaydı, guya beynəlxalq birlik buna qarşı çıxıb qarşısını alacaqdı?! Xeyr. Belə olanda isə biz pis vəziyyətə düşəcəkdik. Bunu bəziləri dərk eləmirsə, mən nə edim?! Deyirlər ki, Rusiyanın sülhməramlısı yox, başqaları gəlsəydi yaxşı olardı. Makronun sülhməramlısı gəlsəydi, yaxşı olacaqdı?! Trampın sülhməramlısı guya yaxşı olacaqdı?! Gəlin bu üçünü müqayisə edək və fikirlərəşək, hansının sülhməramlısının Qarabağda yerləşməsi uyğun idi? Əlbəttə Rusiyanınkı…”

Maraqlıdır, Əli Həsənov müharibə başlayandan bütün gücü ilə Azərbaycanın yanında olan, ortaya qoyduğu qəti mövqe, siyasi iradə ilə münaqişəyə başqa dövlətlərin müdaxiləsinə imkan verməyən Türkiyənin rolu haqqında bir cümlə belə danışmağa ehtiyac duymur...

Ancaq əvəzində Qarabağda ordumuzun zəfərini, Şəhid və Qazilərimizin canı bahasına əldə edilən qələbəni az qala ərazilərimizi separatçılardan tam şəkildə təmizləməyə imkan verməyən Rusiyanın adına yazır. Sonra da deyir ki,  ”beşinci kolon"un üzvü deyiləm… İnanaqmı?

Elman

AzPolitika.info

635x100

Şərhlər

Eli 2021-02-19 21:57:15

Bizim bedbextçiliyimiz onda olbı ki bele savadda ağılda eqidede olan biri uzun iller hökumetde müavin qaçqınlar üzre mesuliyyetli milli şüur vicdan teleb eden komitede sedr vezifesinde işleyib.Bunun sifetine baxanda kimliyi melum olur çox qansız adama oxşayır ele olmasa qulluq etmeli olduğu 10 million vetendaşı yox bir nefer mene qiymet verib besdir demez .Bu adam başa düşmür ki dediyi o insan defelerle deyib ki men xalqıma qulluq edirem

Əlövsət 2021-01-27 14:59:17

...əli Həsənovlar,Əli İnsanov,Əli Əhmədov və bu kimi psevdonimlər niyə layiq olduqları yerə göndərilmir?

Dronqo 2021-01-24 12:22:36

Sİyavuş müəllim, icazənizlə, aşağıda göstərilən sualları Sİzə ünvanlayırırq: 1. YAP-ın rəhbərliyinə Ramiz Mehdiyevin təsiri olmuşdurmu, əgər olmuşdursa, bu təsir hansı mexanizmlərlə həyata keçirilirdi? 2. Ramiz Mehdiyevlə Əli Əhmədov arasında münasibətləri necə səciyyələndirirsiniz? 3. Əli Əhmədovun 5-ci kolonun üzvlərini gozlincə himayə etdiyinə dair dəlillər ortaya qoyularsa, Əli Əhmədovun YAP rəhbərliyindən uzaqlaşdırılmasına dair təşəbbüslə çıxış edərsinizmi?

Aborigen 2021-01-24 10:09:56

1-ci kolon, 2-ci kolon, 3-cü kolon, 4-cü kolon və nəhayət 5-ci kolonda əli həsənov!

Məzahir Şahmarov 2021-01-24 08:20:24

Satqınlar,Vətənə xəyanət edənlər,Zəfərli Qələbədən ürəyi partlayanlar.

Vətəndaş 2021-01-23 20:51:41

Əli Əhmədovun qohum qardaşlarının hamısı layiq olmadıqları vəzifə sahibidirlər.......?

5-ci kolon və Əli Əhmədov 2021-01-23 18:37:59

Siyavuş Novruzov haqlıdır, bir yapçi olaraq, o kimin kim olduğunu çox da yaxşı bilir. Məni isə düşündürən başqa bir məsələdir: beşinci koloniyadan danışarkən, nədən eylə YAp müavini Əli Əhmədov unudulur? Nə elm dünyasında, nə də dövlətin idarəetməsində heç nəylə fərqlənməyən, tavtlogiyadan başqa heç nəyi bacarmayan Əli Əhmədov hnası xidmətlərinə görə Ramiz Mehdiyev tərəfindən YAP-da sədr mqavini edildi? Əli Əhmədov heç YAp-in özünün qurucuıuğund abelə iştirak etməmişdi. Əli Əhmədov cavanlığında Elmlər Akadmeiyasının arxində işələyən zamanlarda Anastas Mikoyanın kitabını özünün stolüstü kitab etmiş birisi bu gün Azərbaycan xalqına milli məfkurənin nə olduğunu anlatmağa çalışır və YAP yetkililərinin Rusiyadan medal almasını xüsusi can-əfşanlıqla müdafiə edir. Guya bu sadalanan məqamları Siyavuş Novruzov bilmirmi? Odur ki, YAP-daa 5-ci kolon coxdur

5-ci kolon və Əli Əhmədov 2021-01-23 18:37:54

Siyavuş Novruzov haqlıdır, bir yapçi olaraq, o kimin kim olduğunu çox da yaxşı bilir. Məni isə düşündürən başqa bir məsələdir: beşinci koloniyadan danışarkən, nədən eylə YAp müavini Əli Əhmədov unudulur? Nə elm dünyasında, nə də dövlətin idarəetməsində heç nəylə fərqlənməyən, tavtlogiyadan başqa heç nəyi bacarmayan Əli Əhmədov hnası xidmətlərinə görə Ramiz Mehdiyev tərəfindən YAP-da sədr mqavini edildi? Əli Əhmədov heç YAp-in özünün qurucuıuğund abelə iştirak etməmişdi. Əli Əhmədov cavanlığında Elmlər Akadmeiyasının arxində işələyən zamanlarda Anastas Mikoyanın kitabını özünün stolüstü kitab etmiş birisi bu gün Azərbaycan xalqına milli məfkurənin nə olduğunu anlatmağa çalışır və YAP yetkililərinin Rusiyadan medal almasını xüsusi can-əfşanlıqla müdafiə edir. Guya bu sadalanan məqamları Siyavuş Novruzov bilmirmi?

İlqar Ağasəfoğlu 2021-01-23 13:16:14

"5-ci kolon"un nə olduğunu "bilməyən"in Rusiyanın və şəxsən Putinin Qarabağ məsələsində Azərbaycana "lütfü" haqqında belə bülbül kimi ötməsi açıq-aydın bütün həqiqətləri ortaya qoyur.

Kamil 2021-01-23 07:12:52

Siyavuş görəsən neçənci kalondur

Devlətçi 2021-01-22 23:53:17

Daxili düşmənlərə qarşı Cənab Prezidentimizin ətrafında daha sıx birləşməliyik! İstintaq vaxtı çatanlardı haray-həşir edən.

Devlətçi 2021-01-22 23:50:04

Bir qrup kabinet-ofis planktonları var ki, onlarçun kalonda-balon da ancaq puldur. İndiyədək Qərbə səcdə edənlər, hazırda özlərini hansısa kalon üzvülüyünə dürtməklə zontik qazanacağını düşünürlər. “Beşinci kolon” üzvlərinin var-dövlət, ailə-uşağı “altıncı kolon”da-qərbdə nə qayırır. Bunlar baş qatmaqçün onların vasitələridir: kimlikləri və oğurlanan iki milyarddan (2 000 000 000!!!) dövlətin-xalqın fikrin yayındırmaq üçün?!

.EJDER 2021-01-22 22:13:42

YALAN DANIWANIN ATABATASINA LEHNET

Vətəndaş 2021-01-22 17:30:11

Bunlar oyundur....

M.Əsgərov 2021-01-22 17:13:46

erməninin boynunun arxası yastı olur, dişləri də həvə--- xatirlatma!

Veteran 2021-01-22 16:50:26

Siyavuş Novruzov o sözü deyibsə kişi adamdır.O ki qaldı bu qoca mofioza heç utanmadan yenə .... danışır.Yığdığı haram var dövləti əlindən alacaqlar İNŞAALAH!

B.Qarabağlı 2021-01-22 16:43:20

Vətəndaş erməni də olsa, öz vətənini satmalı, hədələməli deyil? 90cı illərdə gündə yüzlərlə erməniyə digər pasportlar verilirdi? H.Əliyev göstəriş vermişdi ki, məcburi köçgünlər öz evlərindən 20 km uzaqda məskunlaşdırılsın. Nədən, onlar üçün mənzillər 20-30 km də yox, əsasən Bakıda inşa edilib? Qərb, Kreml, erməni əvəzinə danışmaq gərək deyil, on milyonluq əhalinin hüquqlarını qətiyyətlə tələb etmək gərəkdir!

Amin 2021-01-22 15:54:56

" Siyavuşla Əlini müqayisə etmək olmaz". ...Hər ikisi eyni adamdır...

Oxucu 2021-01-22 15:06:59

Dedikləri düzdürsə yığdıqlarını Cəbrayılın bərpasına versin. Siyavuşla Əlini müqayisə etmək olmaz! Siyavuş xalqını sevən adamdır.

Ələmdar Məmmədov-hüquqşünas 2021-01-22 14:34:25

Böyük dövlətlər xofunu yaradan Əli Həsəsnov və onun kimilər olub.Biz güclü olsaq hamı bizlə hesablaşacaq..

M.Əsgərov 2021-01-22 14:25:09

yaxşıki Prezident düzgün qərar verdi torpaqları işğaldan azad olunması ilə bağlı , bunlara qalsa hamını rusla qorxudub problemi də həll olunmayaraq saxlamaq istərdilər.....

Cefer Memmedov 2021-01-22 12:53:55

əli şamilOVİÇ sənin 5-ci kolonun nümayəndəsi olmağını sübut etməyə cəhd etməyin , turacın başını kola dürtməyindən heç bir fərqi yoxdur. Amma inciməyə " haqqın" var. Axį kor kora , kor deyəndə inciklik olur. siyavuş əli şamilOVİÇƏ 5 -ci kolon deyib , amma ramiz ənvər OVİÇİN toyundakı canfəşanlığını yaddan çıxarıb.

VƏTƏNDAŞ 2021-01-22 12:52:02

5-ci kolonun üzvü görəsən necə olmalıdırki? Qaldı erməni məsələsinə niyə vermirsən məhkəməyə,çünki uduzacağını bilirsən.Əli Həsənovun məntiqi ilə belə çıxır ki,Xocalı qırğınını törədənlərə,20 Yanvar qırğınını edənlərə,qarabağı erməniyə işğal edib verənlərə sağ ol deməliyik.Allah hamınızın bəlasını verəcək. Şəhidlərimizin heç adını da çəkmir ....

Cəlal 2021-01-22 12:38:03

Siyavuş ömründə birdəfə doğru söz dilinə gətirdi.Bax həmişə belə ol,Syavuş!

Mehdi 2021-01-22 12:34:20

Yenə də evə yaxsi bax,erməni məsələsinə görə. Birdən yaddan cixmis olar,evdə gizlənmis olar Evi yaxsi yaxsi axtar.Xalqin gözu terezidir atalar sözunu yaddan cixartma.Kumin ailesinde ermeni varsa hami bilirki var ya yox.

Rəhim 2021-01-22 12:30:20

Əli Həsənov Qaçqınlar hesabına milyonlar oğurladı.İndi düzgünlükdən danışır.Elə onun indiki anlatması da diqqətlə izləyən olsa onun 5-ci kolon üzvü olduğunu təsdiqləyər.Yenə Putini tərif edir.DQ-ın həə də ermənilər tərəfindən idarə olunduğunu,Rusiya sülhməramlılarını bunu müdafiə üçün göndərildiyini anlamaq istəmir və ya dolayısı ilə hqiqəti görməzdən gəlir.

Son yazılar