“RUSİYANIN AGENTİ OLMAQDANSA, TÜRKÜN İTİ OLMAQ DAHA YAXŞIDIR” - Politoloq
Baxiş sayı:
Dərc olunub:
22/01/2021 - 19:46
“Erməni üçün başqa ölkənin, xüsusilə Rusiyanın agenti olmaqdansa, türkün iti olmaq daha yaxşıdır”.
“Report” xəbər verir ki, bunu baş nazir Nikol Paşinyanın əqidədaşlarından sayılan politoloq Levon Şirinyan “Arm Daily”yə müsahibəsində söyləyib.
“Onlar bizim müvəqqəti müttəfiqimiz olsalar da, bundan təcili imtina etmək lazımdır”, - politoloq vurğulayıb.
Xatırladaq ki, yanvarın 20-də N.Paşinyan parlamentin hökumət saatında Şuşanın erməni şəhəri olmadığını söyləyib: “Yəni demək istəyirsiniz ki, 90 % və daha çox azərbaycanlı əhaliyə malik Şuşa erməni şəhəridir?”.
Şərhlər
Paşinyanın əleyhdarları Putinin əlinin altında olkanlardır,müstəmləkə boyunduruğunu qəbul edənlərdir.Hiss olunur ki,Paşinyan ABŞ-ın tapşırığı ilə ermənistanı rus təcavüzündən qurtarmaq istəyir.Putin və onun Azərbaycandakı "bəçeşm" ustaları da buna görə onu söyürlər.Amma bilməliyik ki,Putin ermənistandakı rus qoşunlarını hər an Xankəndinə yerləşdirə bilər.Zatən də buna doğru gedilir.
Biz niyə Pasinyanin əleyhinəyik anlamıram.Pasinyandan yaxşısımi gələcək ? Əsla yox. Bizə bundan sərfəlisi yoxdursa heç olmasa imkan verək açıq şəkildə Xankəndinin də Azərbaycanın olduğunu desin də.Yavas yavaş deyir də imkan, macal verin də ay bizim agillilarimiz...
Bizdə də rusun itləri çoxdur eyni zamanda bir neçə deputat. Rusun agentidir
politoloqun sözünü bizim tərəfə də çevirmək olar. Agentlər xüsusilə rus agentləri üçün bu kişi bu cümləni işlədib!