Menu

Təhsil naziri məktəb direktorlarının problemli videolarından danışdı

22.01.2021, 23:35
Təhsil naziri məktəb direktorlarının problemli videolarından danışdı

“Adətən bir proses bitəndə onun qiymətləndirilməsi çox vacibdir. Məsələn, sosial şəbəkələrdə hansısa məktəb direktorunun problemli videoları yayılır. Nazirlik üçün bu, həmin direktorla olan əmək fəaliyyətinə xitam verilən günlə bitmir”.

“Report” xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev "Xəzər" Televiziyasında yayımlanan “Vaxt gəldi” proqramında çıxışında deyib.

Nazir bildirib ki, başqa vacib məsələ var və bu, cəmiyyət üçün də vacib olmalıdır: “Biz sual verməliyik - necə oldu ki, bu adam direktor oldu? Səmimi deyirəm - bu, vacib sualdır. Biz səhvmi etdik o direktor oldu?! Yoxsa bu, sadəcə sistemdə baş verə bilən 100 haldan biridir ki, bu indi təsadüf oldu. Və ya o, 10-15 il direktor işləyib.

Bütün necə oldu suallarının qiymətləndirilməsi və təkrar olaraq eyni səhvlərin buraxılmaması vacib məsələdir”.

Şərhlər

Səid 2021-01-22 23:54:49

Cənab Nazir, əvvəlcə direktorlara, müəllimlərə vs. internetdən istifadə etməyi öyrədin, sonra şagirdlərin hamısına internet təmin edin. Sonra ise danışın. Müəllimlərin çoxu Teams programını istifadə eləyə bilmir. Siz keyfiyyətdən danışırsınız. Həftənin altıncı günü online imtahan eləyirsiniz amma nazirliyin heç bir əməkdaşı həmin gün işləmir. Heç bir telefon zəngi və emaile cavab verilmir. Bundan danışın. Danışmaq asandır iş görmək lazımdır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol