“Qanuni olaraq bizə məxsus torpaq sahələrini saxtakarlıq yolu ilə başqa şəxsə satıb”
Ucar rayonunda yaşayan bir qrup qadın qarşılaşdıqları qanunsuzluqla bağlı “Azpolitika.info” saytına müraciət göndəriblər. Onlar saytımız vaistəsilə səslərini ölkə prezidentinə və digər vəzifəli şəxslərə çatdırmaq istədiklərini bildiriblər. Həmin müraciəti qısa ixtisarla və zəruri redaktə ilə dərc edirik. Müraciətdə bildirilir: “Qanuni olaraq bizə məxsus torpaq sahələrini vəzifəli şəxs saxtakarlıq yolu ilə başqa şəxsə satıb, həmin adamın adına rəsmiləşdirib. Bu saxtakarlığı küllü miqdarda rüşvət hesabına edən İsmayıl Rəhimov hazırda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsinin rəisi vəzifəsində işləyir.
İsmayıl Rəhimov Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinin rəisi vəzifəsində işləyən zaman 2011-ci il tarixdə Ucar rayonunun Azərbaycan küçəsi ərazisində yerləşən bizim hər birimizə ayrı-ayrılıqda məxsus olan qanunu torpaq sahələrini başqa şəxsə satıb, saxta yolla həmin adamın adına sənədləşdirmişdir. Hansı ki, həmin torpaq sahələrini biz qanunu qaydada almışıq.
Həmin torpaq sahələrinə görə bizə hətta 2010-cu ildə Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsindən çıxarış da verilib. Həmin vaxt oranın rəisi İsmayıl Rəhimov idi .Necə olur ki , 2010-cu ildə həmin torpağa görə əvvəlcə bizə reyestr çıxarışı verilir, sonra- 2011-ci ildə başqa şəxsə...
Bütün bunlar İsmayıl Rəhimovun Reyestr Xidmətinin 16 saylı Ərazi İdarəsinin rəisi vəzifəsində işlədiyi zaman baş vermişdir.Qeyd edək ki,İsmayıl Rəhimov 2013-cü il tarixdə Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsindən 13 saylı Ərazi İdarəsinə rəis vəzifəsinə təyin edilmişdir.
13 sayıı Ərazi İdarəsi Şirvan şəhərini, Salyan, Neftçala, Hacqabul, Sabirabad və Saatlı rayonlarını əhatə edir.Hazırdada İsmayıl Rəhimov həmin rayonlarda əməllərini davam etdirir. Bundan da yerli əhali çox əziyyət çəkir.
İsmayıl Rəhimovun bizə qarşı etdiyi bu saxtakarlıq cinayət əməlidir ki, buna görə o, qanunu qaydada cinayət məsuliyyətinə cəlb edilməlidir. Onun bu əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308, 309, 311, 313 və 314 – cü maddələrinin tərkibini yaradır.
Biz İsmayıl Rəhimovun bu cinayət əməli barədə Prezident cənab İlham Əliyevə, Mehriban xanım Əliyevaya, baş prokuror cənab Zakir Qaralova, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi cənab Kamran Əliyevə, Əmlak Komitəsinin sədri Kərəm Həsənova və digər orqanlara şikayət ərizələri ilə müraciətlər etmişik.
Bu fakt tam korrupsiya cinayətidir. İnanırıq ki, şikayətimizi obyektiv araşdırıb qanunu tədbirlər görəcəklər.
Bir daha mətbuat vasitəsi ilə də başda cənab prezident İlham Əliyev olmaqla yuxarıda adlarını çəkdiuimiz şəxslərə müraciət edirik. Onlardan bizim qadın olmağımızdan və özünün vəzifə səlahiyyətlərindən sui-istifadə edib torpaqlarımızı başqa şəxsə küllü miqdarda rüşvətə satan İsmayıl Rəhimov barəsində qanunu tədbir görülüb onun cinayət məsuliyyətinə cəlb edilməsinə tapşırıq vermələrini xahiş edirik. İsmayıl Rəhimovun bu qanunsuz əməlinə etiraz olaraq biz 01 noyabr 2014-cü il tarixdən aclıq aksiyasına başlayacağıq. Xahiş edirik bizə kömək edin.
İmza; Ucar rayon sakinləri
1) Kərimova Nigarxanım Oktay qızı Ucar rayonu 416-cı Taqanrok küçəsi, ev 4 sakini.
2) Əliyeva Kütah Məhəmmədəli qızı Ucar rayonu Gəraybəyli kəndi sakini.
3) Hüseynova Süsanə Yusif qızı Ucar rayonu N.Nərimanov küçəsi, ev 19 sakini”.
“Azpolitika.info”dan: Müraciətdə göstərilənlərlə bağlı 13 sayıı Ərazi İdarəsinin rəisinin də mövqeyini işıqlandırmağa hazırıq.

Şərhlər