Tanınmış iş adamı Tahir Yusifov dünyasını dəyişib.
Bu barədə Musavat.com-a mərhumun yaxınları məlumat veriblər. İlkin məlumata görə, iş adamının ölüm səbəbi koronavirusa yoluxması olub.
Deyilənə görə, T.Yusifov xəstəlikdən sağalsa da, sonrakı mərhələdə sağlamlığına və lazımi rejimə diqqət etməyib. Bu da ağır nəticəyə gətirib çıxarıb.
Allah rəhmət etsin.


Şərhlər
Allah rəhmət eləsin! Əgər biznes fəzilətdirsə, bu insan onun mahiyyəti idi. Sözün əsl mənasında biznes adamı idi. İstehsal sahələri yaratmağa meylli idi və bunu bacarırdı. Bütün bürokratik əngəllərə və təziqlərə rəğmən. Nə adamı olub, nə atasının pulu, özünün biznes- trendləri tutmaq qabiliyyəti çox yüksək idi. Təbii ki, imkanları genişləndikcə, “adam”ları da çıxırdı. Və onun bu qabiliyyətlərindən istifadə edərək, özləri də qazanırdı, o da. Üstəgəl, səxavətli, əli açıq idi. Bir də: ləqəb cinayət aləminin səciyyəsi, xaçıdır. “Tatan” onun uşaqlığından gələn adı idi, Tovuz musiqi məktəbində pianino dərsləri alanda da onu belə çağırırdılar. Gözəl də ifa edirdi.