ZƏRİF AĞANIN “QIRMIZI XƏTTİ” – Və İranın nifrət doğuran “görməzliyi”

İranın Xarici İşlər naziri Mohəmməd Cavad Zərif özünün Cənubi Qafqaz turnesi çərçivəsində İrəvana işgüzar səfəri zamanı bəyan edib ki, Ermənistanın ərazi bütövlüyü Tehran üçün «qırmızı xəttdir» - bilmirdik, indi bildik və anladıq ki, İran adlı dövlət nə qədər «islam respublikası» imiş. Zərif müəllim onu da bəyan edib ki, Ermənistan və İranın sərhədləri həmişə «dostluq və əməkdaşlıq sərhədi» olub, gələcəkdə də belə olacaq.

Fəqət, bu fikri söyləyərkən, Zərif ağa «həmişə» deyərkən, bu kəlmənin zaman tutumu (neçə il olduğu) barədə susmağa üstünlük verib. Axı Ermənistan adlı dövlətin tarixi heç 100 il də təşkil etmir (Ermənistan adlı dövlət 1920-ci ildə özü də tarixi Azərbaycan torpaqlarında yaradılıb - Zərif də bunu bilməmiş deyil).

Gələcəkdə necə olacağı barədə qəti fikir söyləmək hamı üçün, o cümlədən, Zərif üçün də kifayət qədər çətin məsələ olsa da, bu barədə «ikiüzlü» mövqedən çıxış etmək İran dövlətinin «islam respublikası» mahiyyətindən xeyli uzaq olduğunu göstərir…

İrəvanda donuz kababı udub, «tut arağından» əməlli-başlı keflənən Zərif ağa görün, daha nə deyib: «İran bütün ölkələrin ərazi bütövlüyünün müdafiəsinə böyük əhəmiyyət verir, hörmətlə yanaşır və onu izləyir ki, bütün xalqların dini və başqa hüquqları həmişə qorunsun. Bizim üçün «qırmızı xətt» Ermənistan respublikasının ərazi bütövlüyüdür ki, bunu biz, açıq şəkildə ifadə etmişik» - Zərif erməni həmkarı Ara Ayvazyanla görüşünün gedişində bildirib.

Bu məqamdə, diqqəti Zərifin davranışındakı bir neçə məqama yönəltmək ehtiyacı yaranır.

Birincisi, Ermənistanın ərazi bütövlüyünün müdafiəsi məsələsidir ki, çox yersiz görünür. Nədən ki, əslində «çör-çöpdən quraşdırılmış» erməni dövlətinin ərazi bütövlüyünə heç bir təhdid olmayıb və indi də yoxdur. Baxın, Ermənistanın qonşularına - Azərbaycan, Gürcüstan, Türkiyə və İran. Bu dövlətərin heç biri Ermənistan respublikasının ərazisinə heç bir iddia irəli sürməyb, əksinə, ermənilər Türkiyəyə, Gürcüstana və Azərbayana qarşı ərazi iddiası ilə çıxış ediblər, bu məqsədlə Azərbayanın ərazisinin 20 faizini işğal edib, 30 il ərzində viran qoyublar. İndi mösyö Zərif bütün ölkələrin ərazi bütövlüyünə hörmətdən dəm vurur. Belədə, sual yaranır: bəs, İran Azəbaycana olan bu erməni təcavüzünü nədən görməzliyə vurur? Hansı haqla Zərif ağa ölkələrin ərazi bütövlüyünə hörmətdən «basıb-bağlayır» - erməninin xoşuna gəlmək üçünmü?! Otuz ildir ki, Azərbayan torpaqlarının işğalını görməzliyə vuran İran hansı əsasla iğalçı dövlətin - Ermənistanın ərazi bütövlüyünün müdafiəsinə qalxıb, bu riyakarlığını «qırmızı xətt» adlandırır?!

Anaq iranlı diplomat Zərif «ağa» bunlarla da kifayətlənməyib, Qarabağ müharibəsindəki insan itkilərinə görə ermənilərə başsağlığı verib və qeyd edib ki, ermənilər üçün humanitar problemlərin həlli istiqamətində iş aparılmalıdır. Amma bu zaman, Zərif ağa nədənsə Qarabağ müharibəsinin başvermə səbəblərinə, bölgədə humanitar problemlərin yaranmasına səbəb olan erməni siyasətini görməzliyə vurub. Əslində, bölgəni fəlakətə sürükləmiş Ermənistanın ziyankar (faşist) davranışını görməzliyə vurub da, indi onun düçar olduğu problemlərin həllinə yadımçı olmağı bəyan edən Zərif, gerçək mənada Ermənistanı «müftəxorluğa» sövq etmiş olur və erməniləri gələcəkdə də işğalçı siyasəti davam etdirməyə şirnikdirir.

İstər-istəməz düşünməli olursan - İranın bu «qayğıkeşliyi» təkcə erməniyə məhəbbətdənmi qaynaqlanır? Bu da var, amma yeganə səbəb deyil və İranın «erməni sevgisi» dolaysı ilə həm də Bütöv Azərbaycan perspektivinə «nifrətdən», qorxudan qaynaqlanır. Yoxsa ki, Azərbayanın işğal olunmuş ərazilərində məscidlərin, dini-mədəni abidələrin və müsəlman yaşayış məskənlərinin dağıdılmasına özünü islam respublikası adlandıran «molla dövləti» bunca etinasız yanaşmaz, işğalçını «dost» adlandırmazdı.

Zərif və onun kimi digər iranlı «mollalar» bilməlidirlər ki, Azərbaycan insanı irandakı fars-molla rejiminin gerçək mahiyyətindən, pərdəarxası siyasətindən xəbərdardır və bilir ki, tarixən ilk erməni katolikosunu məhz fars keşişi xaç suyuna salıb!

Mirzə AĞ

AzPolitika.info

635x100

Şərhlər

Eli 2021-01-29 20:33:13

İşğal olunmuş rayonlardakı evlerin ermeniler söküb bu dilençilere satıbkar onlar da öz növbesinde İrana

Boris Ocaqov 2021-01-29 16:25:10

Məqalə və şərhlərAzərbaycanın Xarici siyasətinə kəskin ziddiyyətlidir? Zərifin "qırmızı xətti" onların ortaq sərhəddidir! Iran dini dövlətinin müəllifi Fransa və Kremldir!

Kamal 2021-01-29 13:21:00

mübariz, Azpolitikanın sionistlər tərəfindən maliyyələşməsi barədə əlində bir fakt var? Varsa açıqla, yoxdursa boş-boş qırıldatma. Düz fikir söyləyəndə yalnız qanı qarışıq olanlar vurnuxur.

Kamal 2021-01-29 13:16:30

Fars mollası mübariz, nədi fars qanına toxundu TÜRKÜN adı? Niyə cırnayırsan TÜRKÜN adı gələndə?

Oxucu 2021-01-29 01:36:00

Zərif ağa yox, Zərif .....yazılmalıdır.

turan 2021-01-28 15:52:41

Erməni ilə farsın qanı eynidir. Biri islam , o biri xristian. İlanın ağına da lənət, qarasınada

Davud 2021-01-28 15:38:54

g+tünü qorxusundan deyib.Zəngəzur məsləsi artiq həll olunub.

Mubariz 2021-01-28 12:26:55

Hormetli redaksiya Sizin sayti da sionistler maliyelesdirir.Yeni telimati Hayfadan alirsiz?Lutfen sionistlere xidmet eden saytlsrin adlarini sadalayardiz.Yeqin Sizde o melumat olar.Siz bele agillisiz cwnab prezidente meslehet gorerdiz Zərifi qebul etmezdi.Əlden gedirsiz Azərbaycani Osmanlinin bir əyalet etmekci .Qars Igdir Ərzurumu bize hacan qaytaracaqlar?

OQTAY 2021-01-28 11:29:16

Molla,falci fars rejimi,2023-e kimi daqilacaq,kec-tez cenubu Azerbaycan Turkleri Bizimle birlesecek!!!Molla rejimi bu prosesin qarsisinda aciz qalacaq ve ermeni qardaslari ile fars zonasina cekilerek Teqeryan olkesi qurulacaq,belelikle

Agasef Qedirov 2021-01-28 11:09:06

Ərazi bütövlüyü deyengde Iran Zəngəzuru nəzərdə tutur. Iranın qorxusu təzminat kimi Zəngəzurun Azərbaycanda olmasıdır

vetendash 2021-01-28 10:18:28

bezi tarixi tedqiqatcilar soyleyir ki, ermanilar farsdan yaranmish xristianlardir.

Roma 2021-01-28 07:08:41

İran dövləti Rusiya dövlətinin kiçik modelidir və daim Azərbaycana qarşı məkrli ikibaşlı siyasət aparır. Zərif ağa bəs bizim torpaqlar işğalda olanda ərazi bütövlüyümüz, məscidlərimizi erməni dağıdanda, orada donuz saxlanılanda bir müsəlman dövləti olaraq səsinizi haranıza soxmuşdunuz...

Eli 2021-01-28 01:57:29

Ne qeder ki,Cenubi Azerbaycan azafd deyil İran hemişe Ermenistzmı be ermenileri bizden üstün tutacaq

Eli 2021-01-28 01:52:19

İİR müselman ölkeci olsa da çox riyakar ölkedir.Beş üç etmeni üçun tehdil müesseleri araq şerab zavodları tiken ölke 40 million türk müsrlmana öz dilinde mekteb azmağa 100 ildir imkan bermir.

t.ədalət 2021-01-28 00:52:18

Zərif ... başa düşür ki,Azərbaycanın bütövlüyünə çox az qalıb.Ancaq onu anlamır ki,İrandakı Azərbaycan türkləri İranı yox Azərbaycanı müdafiə edəcəklər.Zalım İran rejiminin sonu yaxınlaşır.İranı lavrov-kalantaryanın dili ilə danışdıran da həmin qorxudur.Türkün oyanış qorxusu!

Xalq 2021-01-28 00:49:56

molla rejimi Azərbaycanı təhqiramiz ifadələrlə təhqir edib. O donuza oxşayan deputatı məhkəməyə vermək lazımdır!

Eli 2021-01-28 00:45:51

Son 32 ilin konkret Qarsbağın timsalında heyati faktlar isbat ve subut edirki, farslarla ermenilerin kökü eynidir 30 ilden artıq bir müddetde blokadada olan Ermenistana İİR -dan çox kömek eden olmadı hetta xristian ölkelerden daha çıx bunlar kömek etdi bu faktdır

Son yazılar