Menu

AŞPA-da azərbaycanlı deputatdan erməni həmkarına irad -"Tarixə hörmətlə yanaşmaq lazımdır".

28.01.2021, 00:33
AŞPA-da azərbaycanlı deputatdan erməni həmkarına irad -"Tarixə hörmətlə yanaşmaq lazımdır".

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, deputat Kamal Cəfərov AŞPA-nın qış sessiyası zamanı Ermənistanın qurumdakı nümayəndə heyətinin üzvünü tarixə hörmətlə yanaşmağa və Şuşa şəhərinin adını düzgün tələffüs etməyə çağırıb.

Bu barədə "Report"un Fransa bürosu xəbər verir.

K.Cəfərov bldirib: "Azərbaycan şəhərinin adı Şuşi yox Şuşadır. Tarixə hörmətlə yanaşmaq lazımdır".

Azərbaycanlı deputat erməni həmkarını müzakirələrə yerli-yersiz siyasi don geydirməməyi tövsiyə edib:

"Dağlıq Qarabağda əməliyyatlar başa çatıb və bu gün artıq qarşılıqlı inam yaratmağın vaxtı çatıb. Siz isə bunun əvəzinə AŞPA-dakı müzakirələrdən istifadə edərək hər bir məsələni siyasiləşdirməklə məşğulsunuz", - deputat bildirib.

Şərhlər

Xalq 2021-01-28 00:59:39

onlara söz kar eləmir, onlar ancaq qırılanda əsl vəziyyəti başa düşürlər!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol