Menu

Rusiyada daha 575 nəfər koronavirusdan ölüb

28.01.2021, 12:40
Rusiyada daha 575 nəfər koronavirusdan ölüb

Rusiyada koronavirusa yoluxanların sayı 3,79 milyonu keçib.

Trend-in məlumatına görə, ölkədə son sutka ərzində 19 138 nəfər virusa yoluxub, 575 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 3 793 810 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 71 651 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 3 229 258 şəxs virusdan sağalıb, 492 901 nəfərin müalicəsi isə davam edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol