Menu

Tərtərdə traktor minaya düşdü - Prokurorluqdan açıqlama

28.01.2021, 16:51
Tərtərdə traktor minaya düşdü - Prokurorluqdan açıqlama

Tərtər rayonunun Qırmızıkənd kəndi ərazisində traktor minaya düşüb. Hadisə günorta saatlarında baş verib. Hadisə nəticəsində traktorun sürücüsü,1987-ci il təvəllüdlü Elgün Ələkbərov xəsarət alıb.

Bərdə Rayon Mərkəzi Xəstəxanasındanverilən məlumata görə, Elgün Ələkbərovun vəziyyəti stabildir. Bildirilib ki, o, üz nahiyəsinin, qarının ön divarı, sağ aşağı ətrafın kiçik ölçülü kor səthi qəlpə yaraları alıb.

Baş prokurorluq  daTərtərdə traktorçunun minaya düşməsilə bağlı açıqlama yayıb.Açıqlamada deyilir:

"28 yanvar 2021-ci il tarixdə saat 12 radələrində Azərbaycan Respublikasının vətəndaşı 1987-ci il təvəllüdlü Ələkbərov Elgün Mahmud oğlu Tərtər rayonunun işğaldan azad olunmuş ərazisində traktorla yer şumlaması işləri apararkən tank əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır".

Şərhlər

Xalq 2021-01-28 18:46:13

minalar təmizlənməsə torpaq sahələrində heç bir kənd təsərrüfatı işləri görmək qadağan olunmalıdır!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol