Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıkovun vəzifədən azad olunmasına münasibət bildirib.
E.Məmmədov Oxu.Az-a açıqlamasında deyib ki, uzun illərdir N.Sadıkov haqqında çox şübhəli, müəammalı, xoşagəlməz fikirlər daim mətbuatın gündəmində olub.
“44 günlük Vətən müharibəsi dövründə də Nəcməddin Sadıkov sanki yoxa çıxdı, onun haqqında heç bir məlumat olmadı. Müharibədə iştirak edirmi, etmirmi – bu barədə bir məlumat gözə dəymədi”,-deyə E.Məmmədov söyləyib.
Deputat qeyd edib ki, keçən illər ərzində N.Sadıkovun xəyanətkar olması barədə məlumatlar oxuyub.

Onun sözlərinə görə, N.Sadıkov haqqında şübhələr, yazılanlar təsdiqini tapdı: “Təsdiq olundu ki, Nəcməddin Sadıkov tutduğu vəzifənin öhdəsindən layiqincə gəlməyib və vəzifəsinə uyğun olmayıb, buna görə də işindən azad edilib”.
Millət vəkilinin fikrincə, digər məqamları müdafiə naziri, N.Sadıkovun iş yoldaşları dəqiq bilərlər ki, o nə işlərlə məşğul olub və niyə işdən azad edilib.
Müdafiə Nazirliyi yanvarın 28-də məlumat yayıb ki, N.Sadıkov hazırda Azərbaycan Ordusunda xidmətdə deyil. Qeyd olunub ki, o, ordu sıralarından ehtiyata buraxılıb.
N.Sadıkov 1956-cı ildə anadan olub. O, 1993-cü ilin noyabrında müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargahının rəisi vəzifəsinə təyin edilib. Vətən müharibəsi dövründə isə N.Sadıkovun adı Müdafiə Nazirliyinin rəsmi saytının rəhbər şəxslər bölməsindən çıxarılıb.

Şərhlər
Nəcməddin Sadıqovun Müdafiə nazirliyinə gətirilməsi,onun birinci müavin və hətta Baş Qərargah rəisi təyin edilməsinin səbbləri araşdırılsa daha yaxçı olar.Onun təyinatına hansı əsaslar olub?Öncə oradan başlamaq və onun bu illər ərzində fəaliyyəti niyə nəzarətsiz buraxılıb?Məsələnin kökünü açmamış son hallarl qiymıətləndirmək yarımçıq olar.Onun Aərbaycanda belə yüksək vəzifələrə təyinatının pərdə arxası açılmadan nəticə doğru olmaz.
Bəs Məmmədyarov və onun cinayətkar çetesini kim həb edəcək, Lamiyə Canaxmetova, Huseyn-Huseynov, Elxan AZayev..... Mammedyarova rushvet verib, səfirlikləri talayan səfirlər və sair...
Vaxt gələcək bütün həqiqətlər üzə çıxacaq, Müharbədə Azərbayan Ordusunun itkilərinin çox böyük olmasının (1-ci 5 gündə) səbəbi nəcməddin sadıkov olmuşdur. Hamını minalı sahələrə sürmüşdür.Bu səbəbdən Ölkə Başçısı müharibənin 1-ci həftəsindən sonra onu ordudan rədd eləmişdir. Fill qulağında yatan hərbi prokrorluq ona qarşı hələdə cinayət işi açmayıb. 28 il Azərbaycan Ordusunun qərargah rəisi olan adam Azərbaycan dilini bilmirdi. Dövlətin rəsmi dilini bilməyən adam necə qərargah rəisi ola bilərdi. İndi tulaları narahatdır, yalançı məlumatlar yaymaqla harda olduğunu öyrənmək istəyirlər. Onun məqsədi müharibənin elə ilk günündə Azərbaycan Ordusunun heç bir şeyə qadir olmadığını və ölkə rəhbərliyini hərbi yolla torpaqların geri alınmasını çəkindirmək olmuşdur. Onu vəzifədən rədd edəndən sonra müzəffər Azərbaycan Ordusu işğal olunmuş rayonları bir-bir qaytarmağa başladı.
Zilli Sultan, bura say asdırııb aldıqlarını, Basıb aldıqlarını, basdırıb aldıqlarını. Allah sənə rəhmət eləsin, Sabir!
Elman sən kimsən biz yaxşı bilirik.
Müd.nazirliyinə Heydər Əliyevin dəvəti ilə Karaimov familyalı milliyyətcə tatar bir general-mayor gəlmişdi.Təcrübəli general idi.Onu Rusiyanın gizli göstərişi ilə Nacmuddin Sadıkov və Səfər Əbiyev aradan götürdülər.İstintağı düzgün aparılmadı.Amma hiss olunurdu ki,onun Heydər Əliyev tərəfindən Azərbaycan ordusuna gətirilməsi rus casuslarını təmin etmirdi və qorxurdular ki,H.Əliyev onu nazir qoya bilər.Rusiyaya isə Azərbaycana xeyir verə biləcək bir generalın vəzifəyə keçməsi sərf etmirdi.Bu casuslar təkcə boyük sayda əsgər itkisi ilə kifayətlənmir,həm də ordumuza etibarlı zabitlərin gəlməsinə mane olurdular.
Depuatın sözü gülməlidir: vəzifəsinin öhdəsindən gəlməyib ona görə də azad edilib. 20 ildən sonra vəzifəsinin öhdəsindən gəlmədiyi məlum olub. Belə paradokalar ancaq bizdə ola blər.
rewadet,ordenli necmeddin minlerele esgerimizin o,lmune baisdir
İskender Hemidoova Allah rehmet elesin.Geden haqqında ddmışmsa bir az füz deyil ancan müellim dğz deyif İskender qeyri ciddi bir adam idi DİN -nin naziri efirde yurnalisti döyür.Eflrde deyir ki gedlb Naxçıvanda Heyder beyd bir gülle vuracam ve sonra eşidir ki, Nehremliler aeroportu zebt edibler Naxçıvzns getmir.Sonra Eliyev Azerbayczn MM sedri olanda deyid ki Sen menim Ağsaqqalımsan.Bundan sonra da tutulur vd bir neçe ilden sonra azad olunur ve azad olan kimi gedir Umummilli Liderin mezarını ziyaret edir ve s.
Men herbçi deyikem anca bilirik ki,heqiqeten General ve Kiş olanlar Kişilik meqamında Öz Kişiliyini gösterirdiler ve Rarixe düşğrfük
Nəcməddinin gülərək söhbətləşdiyi erməniyə oxşayır və əgər bu belədirsə onda elə bircə bu fakt bəsdir Nəcməddinin ordudan uzaqlaşdırılmasına...
Men herbçi deyikem anca bilirik ki,heqiqeten General ve Kiş olanlar Kişilik meqamında Öz Kişiliyini gösterirdiler ve Rarixe düşğrfüket
Bu iki qardaş deyesen “Qardaş olub Hayastsn Azerbaycan” Gözel ne qeder insan özüne ve “Ağalarına”arxayın olmalıdır ki bele bir foto çekdirsin.Bu yazıq deyir belke SSRİ var bu da QRU -dadır yeqin elefdir
Nacmuddin Quseynç Sadıkov ilk gündən Rusiyanın casusu idi.Onu kapitan rütbəsində erməniləri qorumaq üçün Goranboya göndərmişdilər.Eyni ilə indi də qohumu Rüstəm Muradovu göndəriblər.N.Sadıkov İskəndər Həmidovun əli ilə Azərbaycan ordusuna soxuldu.Bu iş Rusiya ilə bağlı olan bir Kəlbəcərlinin əli ilə həll edildi.Yadımdadır,generallığı təsdiq olmasa da İ.Həmidov onun- Nacmuddinin general mundirini əlində gəzdirirdi.Sonra Nacmuddin Rusiyanın göndərdiyi digər casusları,başda Komarov olmaqla ordumuza yeritdi.
Mence üzün iller Ordunun beyni olan Baş Qerargah reisinin fealiyyetinin bezi meqamlarımdan xalqın xeberi olmalıdır çünki iqtisadiyyatin yaradılması ezan eziyyeti onun çiyinlerindedir.Bunun ne vaxt görürsen şen ehval ruhiyyede yeyib içmekde özü de ancaq nazirler ve ondan yüksek tebeqe nümayendeleri ile.Xalqın bile bileceyi seviyyede melumatlandırışması mence pis olmaz.Ve bezi yüksek ranqlımemurlar bir az mesuliyyet hiss ederler.Mence bu qedet besit.Rehmetlik Hüseyn Cavid demişken :eger emeleler(fehleler) birgün işlemese Beşeriyyet ac qalar.