Menu

"Hazırkı atəşkəs iqtisadi münasibətlərin canlanmasına yol açmalıdır" - İran XİN başçısı

29.01.2021, 12:44
"Hazırkı atəşkəs iqtisadi münasibətlərin canlanmasına yol açmalıdır" - İran XİN başçısı

“Hazırkı atəşkəs daimi hala gəlməlidir və ticarətin, iqtisadi münasibətlərin canlanmasına yol açmalıdır”.

“Report” xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif yanvarın 29-da İstanbulda türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

“Azərbaycan, Rusiya, Ermənistan və Gürcüstana səfərimdə mən həmişə buna vurğu etmişəm: keçmişi gələcəyə gedən yol olaraq görməliyik və bunu müsbət şəkildə istifadə etməliyik. Hazırda bütün 6 ölkələr üçün zəmin hazırlanıb. Biz bölgənin və bu 6 ölkənin daha da inkişaf etməsi üçün fəaliyyət göstərə bilərik. Bura quru yollar, dəmir yolları, enerji sahəsi daxildir. Mən bu mövzuda optimistəm”, - o vurğulayıb.

Şərhlər

t.ədalət 2021-01-29 12:51:10

Putinin sülh müqaviləsi imzalamağa imkan verməməsi vəziyyətin nə vaxtsa pisləşəcəyini istisna etmir.Bir şeyi ki İran da "atəşkəs" kimi ifadə edir."Kapitulyasiya" olsaydı sülh müqaviləsi dərhal imzalanacaqdı.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol