Menu

AzTU-nun 97 yaşlı professoru vəfat edib

29.01.2021, 13:14
AzTU-nun 97 yaşlı professoru vəfat edib

Azərbaycan Texniki Universitetinin (AzTU) professoru, texnika elmləri doktoru, Prezident təqaüdçüsü, Radiotexnika kafedrasının məsləhətçi professoru Ulduz Kəngərli 97 yaşında vəfat edib.

"Report" xəbər verir ki, U.Kəngərli 1961- 2005-cı illərdə Radiotexnika kafedrasının müdiri vəzifəsində çalışıb.

O, 218 elmi məqalənin, 12 müəlliflik şəhadətnaməsinin, 14 dərslik və dərs vəsaitinin, 8 metodiki göstərişin müəllifi olub.

Allah rəhmət eləsin!

Şərhlər

Sərdar Nağıyev 2021-01-29 15:57:11

Allah Rəhmət Etsin! Çox gözəl insan idi,yeri cənnət olsun!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol