Menu

MEHDİYEVƏ ƏMRİNİ GERİ OXUTDURDULAR? - Elton Məmmədovun təyinatı bir sutka sonra təkzib edildi

30.01.2021, 00:48
MEHDİYEVƏ ƏMRİNİ GERİ OXUTDURDULAR? - Elton Məmmədovun təyinatı bir sutka sonra təkzib edildi

“Dünən bir sıra kütləvi informasiya vasitələrində yayılıb ki, AMEA İşlər idarəsinin müdiri, texnika elmləri doktoru, professor Elton Məmmədov guya AMEA-nın Radiasiya Problemləri İnstitutunun baş direktoru vəzifəsinə təyin edilib. İctimaiyyətin diqqətinə çatdırırıq ki, yayılan bu məlumatın heç bir əsası yoxdur”.

AMEA-nın Mətbuat və informasiya şöbəsinin yaydığı məlumatda belə deyilir.

Bildirilir ki, professor Elton Məmmədov hazırda da AMEA İşlər idarəsinin müdiri vəzifəsində öz fəaliyyətini davam etdirir.

Qeyd edək ki, Elton Məmmədovun baş direktor təyinatına dair məlumatın bir sutka sonra təkzib edilməsi maraq doğurur. İstisna deyil ki, sabiqləri ətrafına toplayan Ramiz Mehdiyevə əmrini geri oxutdurublar.

AzPolitika.info

Şərhlər

Moshu 2021-01-30 15:34:49

Hansi kolun dibinə baxırsan Ramiz Enveroviçin izi görünür. Əgər bu köhnə deputat korpusunun tərkibinə baxsan, Elton Məmmədov, Siyavuş Novruzov, şərab maqnatı Abel Məhərrəmov (bu sihahını artıqmaq da olar, hələ neçəsi inkoqnitodur), Prezident Administrasiyasında 99% məmurlar toplusu (Əli Həsənov, Süleyman İsmayılov, Zeynal Naqdəliyev kimi ağır artilleriya, hələ “ASAN” xidməti demirəm) özlərinə isti yer tapıblar. Bəli, bu cənabcıqlara sadə xalq çox xırda görünür, bəlkə heç görünmür də. Bu gün ölkə başçısı belələrinin əhatəsində qalıb. Artıq bu belələri nəinki böyük gücə, maliyyə imkanlarına, heç kim sözümü qəribliyə salmasın, bəlkə də hələ silahlı birləmələrə də malikdirlər. Bu belələri sadəcə olaraq məqam gözləyirlər ki, əks-hücuma keçsinlər. Vəziyyət kənardan sakit və sabit görünür. Əslində, çox mürəkkəb və dolaşıqdır. Nə qədər ki, bu məsələlərə aydınlıq gətirilməyib, erməni bunların yanında toya getməli olacaq.

Veteran 2021-01-30 14:32:51

Onun özünün əmrini verib dama salmaq lazımdır.

ayrım 2021-01-30 12:45:32

Nəyinki elton məmmədovun özü onun bütün ətrafi Azərbaycan elminə qara ləkədi. Bu kim olub axi bunu hara-hara Elimər Akademiyasinin insitut direktoru təyin edirlər. Edəndə bir gərəksizdi ediləndə.Bəs görəsən Azərbaycan elminin həqiqi Akademiklərinin gözü hara baxır? Yaqin onların gözünə artiq qara tor gəlib...

.EJDER NAQILBAZ 2021-01-30 08:36:05

AMEA AXCP-MUSAVAT YUVASIDI HA HA HA,MALADES

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol