Menu

Türkiyənin 17 şəhərində “Britaniya ştammı” aşkarlanıb

30.01.2021, 00:53
Türkiyənin 17 şəhərində “Britaniya ştammı” aşkarlanıb

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasının mutasiya olunmuş versiyasının yayılması genişlənir.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu ölkənin səhiyyə naziri Fahrettin Koca deyib.

Nazir qeyd edib ki, indiyədək Türkiyənin 17 şəhərində 128 nəfərdə koronavirusun Böyük Britaniyada aşkar edilən növünə rast gəlinib.

Xatırladaq ki, koronavirusun mutasiyaya uğramış yeni növü ilk dəfə Böyük Britaniyada yayılıb. 70 faiz yoluxucu olan virus bir çox Avropa ölkələrində də aşkarlanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol