Qarabağ müharibəsində insanlar həlak olsa da, İran Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsinə sevinir.
Trend-in məlumatına görə, bunu İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovla görüşdə deyib.
M.C.Zərifin sözlərinə görə, eyni zamanda regional əməkdaşlıqlar üçün yaranan fürsətdən istifadə edərək gələcəkdə belə qarşıdurmaların yenidən baş verməsinin qarşısını almaq lazımdır.
İran xarici işlər naziri regional səfərinin Bakıdan başlayaraq Naxçıvanda bitməsindən məmnun qaldığını deyib.
Görüşdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov da bildirib ki, regional əməkdaşlıqların inkişaf etdirilməsi məqsədilə Naxçıvanda tranzit imkanları yaradılıb.
Görüşdə elektrik, ticarət, mədəni münasibətləri və sairə haqda danışıqlar aparılıb.
Qeyd edək ki, İran xarici işlər naziri regional səfər çərçivəsində Azərbaycan, Rusiya, Ermənistan, Gürcüstan və Türkiyəyə səfər edib.


Şərhlər
Nemet Penahov Ebulfez Qedirqulu oglu Qudret Hesenquluyev Et8bar Memmedov Ferec Quluyev Hacibala Abutalibov Eldar Hahmudov Ramiz Mehdiyev Əli Hesenov ......maşaALLAH...bunlar hardan hicret edibler e.Torpaq yetisdirirde.Odni akademiki odni politiki no ...
Əgər biz Xankəndini alsaq bunların "sevincdən" ürəkləri dayanar ki!
Şeyxülislam Allahşükür hardadı,niyə əsil qardasi Zərif ağanın pişvazına çıxıb onun mübarək ətəyindən opməyir?
Zəfər ağanın sevindiyini gözlərindən oxumaq çətin deyil.Bunlar bizim tez qələbə calmagimiz üçün var gücləri ilə ermənilərə silah ötürücülər ki erməninin əlində partlasın...İlahi bu molla fars rejimi nə qədər həyasız və riyakardilar...
Duz deyir....İran farsların sevincdən lap ayil-mayil olublar,həftələrindən sevincdən yatmayiblar səhərə qədər sırtıq vurub oynayıblar...
Zerif burda bele deyir ((( irevanda bashqa sôz !!! Yatmisuz т? Yixsaaaa millet loxduuuu ? Men bilen ele lox coxdanuq