Təxminən iki həftə əvvəl Qarabağda bir dəstə erməni Drmbon kəndi istiqamətində avtomobil yolunu bağlayaraq, ultimatum irəli sürəndə, bu işdə Rusiya sülhməramlılarının “barmağının olduğunu” yazmışdıq. Həmin ermənilər Ağdərə-Kəlbəcər yoluyla hərəkət edən Azərbaycana aid avtomobil karvanının qarşısını kəsərək tələb edirdilər ki, əgər Azərbaycan bu yoldan istifadə edirsə, onda ermənilərə də Ağdərə-Vardenis yolundan istifadə üçün icazə verilsin. Söhbət ordumuzun işğaldan azad etdiyi Kəlbəcər ərazisindən keçərək, Ermənistanı Qarabağla birləşdirən yoldan gedir.

Həmin vaxt 5-10 nəfərlik “aksiya” iştirakçılarının qabağına çıxan sülhməramlı general “erməniləri başa düşdüyünü” və onların tələbinin rəhbərliyə çatdırılacağını demiş, sözarası Qarabağı da “Artsax” adlandırmağı unutmamışdı. O vaxt qeyd etmişdik ki, bu “aksiya” və orada qoyulan ultimatumun mətni böyük ehtimalla sülhməramlıların özlərinin “əl işidir” və Ağdərə-Vardenis yolunun açılmasını da məhz Rusiya istəyir. Doğrudan da, Moskvada, Sankt-Peterburqda aksiya keçirən 100 minlərlə Rusiya vətəndaşının qarşısına serjantları çıxaran Rusiyanın Qarabağdakı 5-10 erməni dılğırının qabağına generalla çıxmasının özü bu işdə “şeytan barmağı” olmasından xəbər verirdi...
Həmin vaxt dediklərimiz bu gün öz təsdiqini tapır. Sosial şəbəkələrdə Ağdərə-Kəlbəcər yolu ilə Kəlbəcərə tikinti materialları daşıyan maşınlarımızın Azərbaycan bayrağı və nömrəsilə hərəkətinə Rusiya sülhməramlıları tərəfindən qadağa qoyulmasına dair video yayılıb. Məlum olub ki, rus hərbçiləri Suqovuşandan o yana avtomobillərimizin Azərbaycanın suveren ərazilərilə öz bayrağı altında hərəkətinə icazə vermir, tikinti materiallarını boşaltdırır və öz maşınlarına yüklətdirir. Çünki bu daşımanı ancaq Rusiya nömrəli maşınlar həyata keçirə bilər...
Bir sözlə, Qarabağa “şeytan barmağı” kimi girən Rusiya ordusu bütün dünyanın, beynəlxalq hüququn Azərbaycan ərazisi kimi tanıdığı torpaqlarımızda hərəkətimizə icazə vermir və burada sözün əsl mənasında ağalıq edir!
Ancaq hələ bu da son deyil. Sülhməramlıların sözügedən yolla tikinti materiallarının daşınmasına dair Rusiya Müdafiə Nazirliyinin rəsmi orqanı olan “Zvezda” kanalındakı açıqlamaya fikir verin: “Rusiya Federasiyasının sülhməramlı kontingentinin 15 “Kamaz” və onları müşayiət edən avtomobillərdən ibarət kolonu Azərbaycan tərəfinə Dağlıq Qarabağın Kəlbəcər rayonuna (!) tikinti materialları çatdırması üçün yardım göstərib. Start yeri Madaqiz yaşayış məntəqəsi olub. Rusiya sülhməramlıları Azərbaycana qaytarılmış ərazilər arasında humanitar yüklərin tranzitini təmin etməkdə davam edir”.

Buyurun, “Dağlıq Qarabağın Kəlbəcər rayonu”. Suqovuşan yox, “Madaqiz”. Bir o qalır ki, “Artsaxın Karvaçar rayonu” desinlər. Doğrudur, sonradan bu mətndən “Dağlıq Qarabağın” ifadəsi götürüldü və yalnız Kəlbəcər sözü qaldı. Ancaq bu, təbii ki, heç də texniki səhv deyildi.
Onu da qeyd edək ki, “tranzit” hansısa başqa ölkənin ərazisindən keçən yük daşınmasını nəzərdə tutur. Azərbaycanın daxili yükdaşıması nədən tranzit adlandırılmalıdır? Deməli, işğaldakı ərazilər Azərbaycan ərazisi sayılmır? Bunun adı Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə açıq müdaxilə, təhqir, təhdid, hətta işğal deyil də, bəs nədir?
Guya bu mətni hazırlayanlar Kəlbəcərin Dağlıq Qarabağa heç bir aidiyyatı olmadığını, Qarabağınsa istər dağlıq, istərsə də aran hissəsinin Azərbaycanın suveren ərazisi olduğunu bilmirlər? Əlbəttə bilirlər. Sadəcə, bunu yazanlarla iki həftə əvvəl Ağdərə-Kəlbəcər yolunu bağlayan ermənilərin əlinə verilən kağızı yazanlar eyni adamlar, eyni şeytan yuvasının sakinləridir.
Və bunlar hamısı Ermənistanda hərbi cinayətkar Robert Koçaryanın yenidən “dövriyəyə buraxılması”, revanşist, millətçi qüvvələrin dirçəldilməsi, işğal altında qalan ərazilərimizdə bərpa işlərinin sürətləndirilməsi, ermənilərin həmin ərazilərə daşınması fonunda baş verir. Bunu yəqin ki, Rusiyanın Azərbaycandakı quyruqları, “5-ci kolon” adlandırılan miskin, gerizəkalı zümrə, Rusiyanın əvəzolunmazlığından danışan “padxalimlər” də görür və bundan həzz alırlar...
Məlum məsələdir ki, sülhməramlıların bizim maşınların Ağdərə-Kəlbəcər yoluyla hərəkətinə qadağa qoymasının səbəbi iki həftə əvvəl Rusiyanın ermənilərin dililə səsləndirdiyi Qarabağla Ermənistanı birləşdirən ikinci yolun – Kəlbəcərdən keçən Ağdərə-Vardenis yolunun açılması tələbinə rəsmi Bakının razılıq verməməsidir.
Ancaq nəyəsə icazə verib-verməmək bizim haqqımızdır, çünki söhbət Azərbaycanın suveren sərhədləri daxilindəki ərazilərdən, yollardan gedir. Üçtərəfli razılaşmada isə Dağlıq Qarabağı Ermənistanla birləşdirən yeganə yol olaraq Laçın dəhlizi göstərilib, deməli canları çıxıb həmin yolla hərəkət etməlidirlər.
Bəs, belə olan təqdirdə, Azərbaycan tərəfi niyə susur? Xarici İşlər və Müdafiə nazirlikləri niyə reaksiya vermir? Kəlbəcər nə vaxtdan “Dağlıq Qarabağın Kəlbəcər rayonu” olub? Heç olmasa bunudamı sual edə bilmirlər?...

Yaxud, Rusiya Müdafiə Nazirliyinin birgə monitoronq mərkəzilə bağlı yaydığı məlumata fikir verin: “Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəsə və bütün hərbi əməliyyatlara nəzarət edən Rusiya-Türkiyə Birgə Mərkəzi 11 noyabr 2020-ci il tarixində Rusiya və Türkiyə Müdafiə Nazirliklərinin rəhbərləri tərəfindən imzalanan Memoranduma uyğun olaraq Azərbaycan Respublikası ərazisində yerləşdiriləcək.”
Burada “Azərbaycan Respublikası ərazisi” ifadəsi səhvən, yaxud təsadüfən seçilməyib. Bu, mərkəzin yerləşdiyi Ağdamı Azərbaycan ərazisi kimi tanısalar da, işğalda qalan Xankəndi, Xocalı, Əsgəran, Ağdərəni bizim ərazimiz kimi tanımadıqlarına açıq işarədir...
Bu gün Murov istiqamətindəki Ömər dağında hərbi avtomobilimizin qəzaya düşməsi və iki hərbçimizin həlak olmasına dair rəsmi məlumat yayıldı. Belə çıxır ki, Azərbaycan əsgəri bütün bu qan-qadadan, müharibədən və haqq-halal qələbəsindən sonra da düz, rahat yolları qoyub, sıldırımlarla, qayalarla hərəkət etmək məcburiyyətində qalıb. Və rus sülhməramlısı da çalışır ki, o, Qarabağda qaldıqca belə də davam etsin, ağalıq, söz sahibliyi onda olsun.
Bəs biz bu üzücü reallıq qarşısında susmalıyıqmı? Unutmayaq ki, əsrlər boyu Rusiyanın siyasəti qabağından qaçanı qovmaq, ona qarşı dirəniş, cəsarət göstərənlə isə hesablaşmaqdan ibarət olub...
Cəlal Məmmədov
“AzPolitika.info”

Şərhlər
Bəs deyirlər Qarabağ məsələsini həll etdik!!!!????
ƏVVƏLCƏ ( ilk öncə yox) AZPOLİTİKANIN ƏMƏKDAŞLARINA apardıqları MƏNTİQLİ ,_MƏNALI araşdırmalarına gorə , bizi məlumatlandırdıqlarına görə təşəkkürümü bildirirəm......... İkinci ekran və sosşəbəkələrdə ağzı köpüklənə -köpüklənə danışan quyruqlar bu məsələrdən danışsınlar
BAKILI--Ivanca cox teesuf Бакинецдир,onlarda Rusiyanin Ivanov vilatetinde barakda omurunu surdururler tarakan kimi!!!
Serhleri oxudukca anlyamadim...,Turkuyede kaban ovu haqda yutubda Dr.Mehmet Sahmaranin domuz ovuna baxdim hec qorxusu yoxdur,2-3 metr mesafeye qeder domuz gelir ve onu vuraraq kabani qabaq ayaqlarinin qatlamasina sebeb olur.Bizim ovcular saqqal ovunda hecde silahdan istifade etmedi.Mene ele gelir ki,Bizim ovculuq cemiyeti,Turkuyede kaban ovu ile eleqedar telim kecmelidirler.Kaban insan ucun,tebiet ucun ziyanla
"Artsax" sözünü medyanın leksikonundan çıxarmaq lazımdır.Bu sözü hətta dırnaq arasında belə işlətməkl siz ermənilərin dəyirmanına su tökürsünüz,qulaqları bu sözə öyrədirsiniz
Rusiya ordusunun 30 ildən sonra yenidən torpağımıza girməsi yaxşı heç nə vəd etmir....
Bir var ağıl bir var derrake yeni serk eleme.Bir var gördüyünü tesvir etmek bir var görünmeyeni ağlın gözü ile derk etmek besiret gözü ile
Sarı Şəmistanın nazı ilə çox oynayırlx ha KƏRBƏLAYI
Bu 5-ci kolonu niye asksrlayib devreden cixaran tapilmir.Axi onlariin limliyi hamiya bellidir.Ele Bas naxirin muavini,Rusiyadan son. 20olde orden,m medal alanlar,onlari mudafie edenler lime belli deyil,
bu ... şərəfsiz və həyasızdırlar! Onlarda utanmaq hissi yoxdur! Onları oradan ancaq Türk qardaşlarımız qovacaqlar inşaallah!
ay dovşanlar rusun qabağında mandraja düşmüsünüz?
ruslar barmaqlarını çəkməsələr onlar yerlərində oturdulmalıdırlar. Yazını tam dəstəkləyirik! Müharibə edib torpaqları qanlar və canlar bahasına almışıq ki, rus indi bizə ağalıq eləsin? Türklər bu işlərə cəlb olunmalıdırlar. Qorxanlar çəkilsinlər getsinlər.
öz kreslolarını qorumaq üçün rus ordusunu buraxdılar içimizə axırı da bu
Bir gün mələklər Əzraililn ətrafına topıaşıb onu danlamağa başlayırlar. Deyirlər ki, YARADAN sənə tapşırdı ki, kimi öldürsən də kəndin mollası ilə işin olması. İndi nə oyundu başımıza açmısan. Mollanı niyə öldürdün? Əzrail and-aman edir ki, mən öldürməmişəm. Mənim adımı eşidən kimi özü qorxusundan öldü. İndi bizim başımıza nə gəlirsə qorxumuzdan gəlir. İstər xaricdən,istər də daxildən. istərsə də xaricdən.
Kreml QIRMIZI XETTI " KECHIB ve hal - hazirda, FONTAN VURUR .......
Ne qeder ki Ivan ordadir veziyet rusca olacaq cox teessuf