Menu

"Azərsu" tariflərin artırılmasını şərh edib

01.02.2021, 12:48
"Azərsu" tariflərin artırılmasını şərh edib

"Azərsu" ASC Tarif Şurasının qərarı ilə su-kanalizasiya tariflərinin artırılmasını şərh edib.

"Report" xəbər verir ki, bu barədə səhmdar cəmiyyətinin iqtisadiyyat şöbəsinin müdiri Elçin Camalov açıqlama verib.

"Su təchizatı tarifləri sonuncu dəfə 2016-cı ildə təsdiqlənib. Ötən müddətdə əhəmiyyətli dəyişikliklər baş verib. Bu dəyişikliklər xidmətlərin maya dəyərinin, istehsal, istismar xərclərinin artmasına təsir göstərib. Bir sıra iqtisadi faktorları göstərmək istəyirəm. Ən mühüm faktor həmin dövr ərzində ASC-nin xidmət göstərdiyi abonentlər 250 min artıb. Bununla yanaşı, xidmət sahəsi 50%-dən 70%-ə yüksəlib, eyni zamanda cəmiyyətin əsasən Bakı şəhəri daxil olmaqla digər rayon və şəhər mərkəzlərinin fasiləsiz su təminatı faizi xeyli yüksəlib", - deyə o, qeyd edib.

Şərhlər

turan 2021-02-01 16:59:35

Yəqin 250 min abonentə xidmət haqqı pulsuzdur. Ona görə də qalan abonentləri yükləyirlər. Əhsən tarif şurasına! Azərsunun nazı ilə oynayır. SUPER !

Xalq 2021-02-01 16:12:59

malades

Roma 2021-02-01 14:05:54

"Azərsu" sözçüləri, qiymət artımını, əhalinin su ilə fasiləsiz təchizatında, göstərilən xidmətin keyfiyyətinin yüksəlməsində və s. qeyd edirlər. Bəs sizin bilavasitə işinizin adı nədir. Ən aşağı işçilərinizdən bircə pillə yuxarı işçilərinizin hamısı ən yüksək səviyyədə yaşayır (ev, maşın, villa, bağ və s.) və bu qiymət artımı da buna bir az da təkan verəcəkdir...

Semed 2021-02-01 13:28:51

İrin olub balalarınizın burnundan tökülsün bəsdir bu xalqı bu qədər tapasınız Allah bu zülmü götürmez yalandan verdiyiniz şehre baxın suyun keyfiyyəti olsa dərd tarixi atıb olsun bu qərarı verenlere bizi bu güne salanların balası olsun

Vatandaş. 2021-02-01 13:15:32

Hansi xidmatdan danişilir ğünlarla su olmur zanğ edirsan deyir gaza baş verib. Saat 24 -00 dan sonra suyu baglayirlar. Pandemiya dövründa bela etmazlar. Canab prezident xalgin rifahini yaxşilaşdirmag hagda deyilanlara garşidir bu.Indiki durumu nazara almag lazimdir.

t.ədalət 2021-02-01 13:06:05

Bu şərh özü qüsurludur və savadsəızcasına yazılıb.Abonentlərin sayı artıbsa,deməli,idarənin gəlirləri də artıb.Yeni binaların tikintisi ilə əlaqədar su və kanalizasiya işləri evtikənlər tərəfindən aparılır və idarənin hesabına xeyli pul köçürülür.Suyun qiymət artımını əsaslandırmaq üçün bəhanələr nadanlıqdır.

Vətəndaş 2021-02-01 12:53:56

Milləti bu qədər yükləməyin bir məqsədi var ki,millət qırılsın ac-susuz bu talançılar da milyardları rahat yesinlər. Ancaq irin-qan olub bir gün qusacaqsınız inşallah

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol