Menu

Makronun Rusiyaya səfərinə hazırlıq gedir

01.02.2021, 14:32
Makronun Rusiyaya səfərinə hazırlıq gedir

Fransa prezidenti Emmanuel Makronun Rusiyaya səfərinə hazırlıq gedir.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Fransanın Rusiyadakı səfiri Pyer Levi “Ria novosti”yə müsahibəsində bildirib.

Səfir Makronun səfərinin hələlik konkret tarixinin məlum olmadığını qeyd edib.

Kremlin mətbuat katibi Dmitri Peskov da Fransa prezidentinin Rusiyaya səfərə hazırlaşması barədə xəbərə münasibət bildirib.

Kremlin sözçüsü Makronun səfəri ilə bağlı hələlik konkret tarixin olmadığını təsdiqləyib: “Lakin siz bilirsiniz ki, Putin və Makron olduqca intensiv dialoqu dəstəkləyirlər”.

Şərhlər

Xalq 2021-02-01 15:04:34

bilirik ki, bu Qarabağın statusunu müzakirəyə gedir, bu məndiyəni görəndə gözlərim ağrıyır, buna ermənidən çox nifrət edirik!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol