Menu

32 MİLYONLUQ TENDER 20 MANAT KAPİTALI OLAN ŞİRKƏTƏ VERİLİB - "Sevinc-96" MMC kimə məxsusdur?

02.02.2021, 00:16
32 MİLYONLUQ TENDER 20 MANAT KAPİTALI OLAN ŞİRKƏTƏ VERİLİB - "Sevinc-96" MMC kimə məxsusdur?

Şirvan şəhərində qeydiyyatdan keçmiş və nizamnamə kapitalı 20 AZN olan "Sevinc-96" MMC 2021-ci ilin yanvarında 32,14 milyon manatlıq 10 tenderdə qalib gəlib. 

Ən böyük tender müqaviləsi Füzuli Suvarma Sistemləri İdarəsi ilə bağlanıb. Məlumata görə yanvarın 29-u imzalanmış müqavilənin dəyəri 29,9 milyon manatdır. Qeyd edək ki, adıçəkilən şirkət 2020-ci ilin noyabrında MMC statusu alıb.

Mətbuatda yer alan məlumatlara görə, şirkətin qanuni təmsilçisi Yusuf Camal oğlu Haciyev olsa da, MMC-nin əslində Salyanda Hacı Qurban kimi tanınan Qurban Abbasov adlı iş adamına məxsusdur. Qurban Abbasovun şirkətləri davamlı olaraq "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin tenderlərini qazanır.

"AzPolitika.info"

Şərhlər

Veteran 2021-02-03 13:58:02

Buradan korrupsiya iyi gəlir.

Vətəndaş 2021-02-02 09:14:11

Millətlə hesablaşan yoxdur. Özləri həll edirlər. Millətə heç nə vermirlər. Özləri yeyib içirlər. Millətə yuxarıdan aşağı baxıblar baxırlar və həmişə də belə olacaq

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol