Menu

“Əgər Prezident konkret adlar çəkirsə, deməli...” - Vahid Əhmədov

02.02.2021, 00:41
“Əgər Prezident konkret adlar çəkirsə, deməli...” - Vahid Əhmədov

“Bu çox unikal bir çıxış idi, çünki konkret adlar çəkildi. Mən düşünürdüm ki, müharibədən sonra məmurlar rüşvətxorluq, ərazi zəbt etmə kimi əməllərindən əl çəkərlər. Amma bunu görmədim. Hər şey öz axarında gedir”.

Bunu Unikal.org-a açıqlamasında millət vəkili Vahid Əhmədov deyib. O bildirib ki, adı çəkilən və digər məmurlar ölkə başçısının bu çıxışından nəticə çıxarmalıdırlar:“Cənab Prezident dediyi kimi, Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır. Burada ofis açmaqdan söhbət getmir, torpaq zəbt etməkdən söhbət gedir. Yəni, orada gedib 100 hektarlarla ərazi zəbt etsinlər və özlərinə otellər, müəyyən ticarət obyektləri tiksinlər. Bu da olacaq özbaşınalıq.

Orada arxitektura komitəsi işləyir. Necə olmalıdır evlər, yollar, küçələr və s. Mən ümumiyyətlə, təəccüb edirəm ki, Cənab Prezidentə zəng edib deyirlər ki, Qarabağda regional idarə yaradım. Sərhəd zonasında, Kəlbəcər, Laçın və s. yerlərdə ciddi problemlərimiz var. Ondansa deyin ki, əsgərlər üçün kazarma tikim və onlar orada yaşasınlar. Bunu deyən yoxdur. Hamısı köhnə ampluasındadır. Elə bilirlər, belə də davam etməlidir. Belə davam edə bilməz, çünki bunlar çox ciddi məsələlərdir.

Əgər Cənab Prezident konkret adlar çəkirsə, deməli, həmin şəxslər də müəyyən dərs götürməlidirlər. Ölkə başçısı onları açıq tənqid etməyə məcbur oldu. Orada ictimai nəzarətsiz heç nə yaratmaq mümkün deyil. Ona görə də xüsusi nümayəndəliklər açılacaq, necə ki artıq Şuşada xüsusi nümayəndəlik yaradılıb. Ona görə də insanlar oraya köçməyənə qədər, yaşayış binaları, sosial obyektlər açılana qədər orada heç kimə nə torpaq vermək lazım deyil, nə də ki nəsə tikməyə icazə vermək lazım deyil.

Onların əksər rayonlarda, o cümlədən Bakıda villaları var. Özü də ucuz villa deyil, bahalı villalardır. Birincisi soruşmaq lazımdır ki, sən o villanı hansı pulla tikmisən? Hamısı rüşvətxorluğun, korrupsiyanın nəticəsidir. Son hadisələr, həbsləri hamı başa düşməlidir və bilməlidir ki, dövlət başçısı lazım olduqda belə addımları atacaq. Bizdə məlumat 1 faizdirsə, onda 100 faizdir. Öz komandasından, hüquq-mühafizə orqanlarından, DTX-dən məlumatları alır”.

Şərhlər

Mirzə Qafarlı 2021-02-02 13:08:48

Sözlə demək yox, həyata keçirmək lazımdır.

Cəmşid Dərələyəzli 2021-02-02 11:10:13

Cənab Prezidentin Azərbaycan Televiziyasına verdiyi bu son müsahibəsində Milli Bankı sədri, Dövlət Gömrük Komitəsinin sədri, AZAL-ın prezidenti, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri, Sərhəd Qoşunlarının rəisi və Fövqalədə Hallar naziri haqqında söylədiyi fikirlər və tutduğu iradlar cəmiyyət tərəfindən müsbət qarşılanmış və cənab Prezidentdən bu köhnəlmiş və öz “əməlləri” ilə Onun ölkə üzrə hər alanda qarşıya qoymuş olduğu hədəflərə kölgə düşürən bu sayaq məmurların görəvdən alınmalarını ehtiva etmişdir. Çünki, artıq bu adı çəkilən məmurlarda vətənpərvərlik hisləri (yəni əvvəldən də əksəriyyətində belə bir hislər olmamışdır) ölmüş, onlar üçün vəzifə dövlət və dövlətçiıliyə xidmətdən çıxaraq, hər atdıqları addımda və söylədikləri hər fikrdə yalnızca öz şəxsi mənafeylərinin güdülməsi halinə gətirilmişdir. Və bunu da Ölkə Başçısı çox gözəl bilir. Odurki də, Ölkə Başçısının bu çıxışından sonra hökümətdə 20 ildən çoxdur kök salmış və cəmiyyət tərəfindən də artıq qəbul edilməyən Hökümət üzvləri (başda Ədliyyə Naziri də olmaqla) belə bir vəziyyətdə dərhal istefa ərizələrini yazsalar, elə bilirik daha hörmətli olarlar. Amma çətin. Ona görə də yaxşı olardı ki, ən uzağı bu ilin ikinci yarısında indiki “Parlamenti”in buraxıb, Konistitutsiyada dəyişikliklər edib yeni seçgilərə və refenduma getməklə, cənab Prezidentin öxünün də qeyd etdiyi kimi sistem dəyişikliyi aparıb kadr islahatını tam başa çatdırmaq. Bununla da əksəriyyəti bunlar kimi üst düzey iri ranqlı memurlar bütün hakimiyyət strukturlarından təmizlənməlidr. Həttda bundan öncə, YAP-nın qurultayının çağırılıb ilk növbədə Əli Əhmədov başda olmaqla partiyanın İcra Aparatının üst düzeyini göndərmək lazımdır. Əks halda, qeyd olunan düşüncələrin sahibləri olan bu məmurlarla yürümək, olsa -olsa zaman alacaq, özü də uzun zaman. Bu isə cənab Prezidentin ölkə üzrə qarşıya qoymuş olduğu hədəflərin, vaxtında reallaşmasında ən böyük əngəl demək. İnanırıq ki, Ölkə Başçısının Qarabağın İşğaldan azad olunmasında sərgiləmiş olduğu əzmikarlıq və qətiyyət və bundan doğan xalqla dövlətin birliyi, bu sahədə də öz sözünü deyəcəkdir.

Mubariz 2021-02-02 10:30:51

Cənab deputat ,bu adları oktyabryatlar pionerlər ,komsomolçular coxdan çəkirlər ,YAP-dan başqa

Ədalət 2021-02-02 09:24:22

Rəhmətliyin oğlu bu boyda Azərbaycan talanıb, güya Şuşa toxunulmaz qalacaq? Korrupsiyinerlərin hansı biri cəzalanıb ki? Bir iki qurbanlıq keçılər istisna olmaqla.

.EJDER NAQILBAZ 2021-02-02 07:38:18

demeli melumatlidi bu ozbawnaliqdan,analoqu olmayan inkiwaf

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol