Menu

Vətən müharibəsində şəhid olan əsgər İmişlidə dəfn edilib - FOTOLAR

03.02.2021, 15:37
Vətən müharibəsində şəhid olan əsgər İmişlidə dəfn edilib - FOTOLAR

Vətən müharibəsində şəhid olan əsgər İmişlidə dəfn edilib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Vətən müharibəsində şəhid olan İmişli rayonu Əliqulular kənd sakini, 2000-ci il təvəllüdlü, əsgər İsmayılov Rəcəb Nəcəf oğlunun nəşi bu gün doğulduğu Əliqulular kəndinə aparılaraq torpağa tapşırılıb. Onun oktyabrın 30-da Laçının Güləbird kəndində gedən döyüşlərdə şəhid olduğu bildirilir.

R.İsmayılov ölümündən sonra "Cəsur döyüşçü" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.

Allah rəhmət eləsin!

Şərhlər

Xalq 2021-02-03 18:34:06

Allah şəhidimizə rəhmət eləsin!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol