Menu

“Apple” və “Hyundai” elektromobillərin istehsalı barədə razılaşa bilməyib

08.02.2021, 23:43
“Apple” və “Hyundai” elektromobillərin istehsalı barədə razılaşa bilməyib

ABŞ-ın “Apple” və Cənubi Koreyanın “Hyundai” şirkətləri arasında elektromobillərin istehsalı üzrə aparılan danışıqlar uğursuz olub.

“The Wall Street Journal” nəşri bildirib ki, bu bərədə “Hyundai” şirkəti və qismən ona məxsus olan “Kia Motor” məlumat yayıb.

Qeyd edək ki, bir qədər əvvəl CNBC telekanalı tərəflər arasında danışıqların getdiyini və 2024-cü ildə elektrik avtomobillərinin birgə istehsalına başlanılacağını bəyan edib. Elektromobillərin ABŞ-ın Corciya ştatının Vest Point şəhərindəki Kia zavodunda istehsal ediləcəyi bildirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol