Menu

"Əminəm ki, gələcəkdə Azərbaycanla əməkdaşlıq daha da genişlənəcək" - Britaniyalı nazir

09.02.2021, 13:48
"Əminəm ki, gələcəkdə Azərbaycanla əməkdaşlıq daha da genişlənəcək" - Britaniyalı nazir

"İkitərəfli münasibətlərimizə gəldikdə, biz bir çox sahələrdə əməkdaşlıq edirik".

“Report” xəbər verir ki, bunu Böyük Britaniyanın Avropa qonşuluğu və Amerika məsələləri üzrə dövlət naziri Vendi Morton fevralın 9-da Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olarkən deyib.

"Əminəm ki, gələcəkdə bu əməkdaşlıq daha da genişlənəcəkdir. Mən dünən səfirimiz tərəfindən təşkil olunmuş proqram sayəsində Azərbaycan mədəniyyəti ilə tanış oldum", - o bildirib.

Görüşdə postmünaqişə vəziyyəti, işğaldan azad olunmuş ərazilərdə “yaşıl enerji” konsepsiyasının tətbiqi, vətəndaş cəmiyyətinin inkişafı, gender bərabərliyi, energetika, o cümlədən bərpa olunan enerji sahəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol