Bakı Ağır Cinayətlər Məhkəməsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin 5 saylı Poçt Filialının 81 saylı poçt şöbəsinin rəisi Sücayət Ələkbərovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
“Report”un əldə etdiyi məlumata görə, hakim Azad Məcidovun sədrlik etdiyi iclasda hökm oxunub.
Hökmə əsasən, S.Ələkbərova 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilib və o, məhkəmə iclas zalında həbs olunub.
S.Ələkbərova işlədiyi poçt şöbəsində külli miqdarda mənimsəmə və yəzifə saxtakarlığında təqsirli bilinib.
İttihama görə, poçt şöbəsində audit yoxlaması zamanı kassada 25 398 manat və 16 000 ABŞ dolları məbləğində, ümumilikdə 52 598 manat pul vəsaitinin çatışmadığı aşkar edilib.
Ona Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlıəğı) maddəsi ilə ittiham verilib.


Şərhlər
Bu xanımın başına gələn müsibətlər,Azərpoçtun direktoru E.Əfəndiyevin apardığı yaratmaz islahatları nəticəsində baş verdi,beləki həmin poçtun limiti 500(beş yüz) man olduğu halda kim icazə vermişdiki həmin poçtda 52000 mindən yuxarı vəsait saxlanılsın,bax istintaq bunu araşdırmayıb eynilə məhkəmədə bundan vaz keçib,bütün poçt işçiləri bilirki Sucayyət xanım işində düzgün adam idi,bu puldanda onun xəbəri yoxdur,təzə murvağzalda açılan poçtun rəisinin və kolver sistemində aparılan valyuta əməlyatların ücbatından belə olub.
Rəsul Bayramov Azərpoçta baş direktor vəzifəsinə təyin olunduqdan sonra poçtlarda dövlət əmlalarının mənimsəməsi hallarına yol verilməsi halları baş verməkdədir....
Bəs Ağdam poçtundakı,Bakı 1115 poçtda Bakı 1033 poçtunda,Bakı 1072 poçtunda olan külli miqdarda çatışmamazlığı niyə istintaqa göndərməyiblər?