Menu

"ABŞ-la münasibətlərin təkrar başlanması mümkünsüzdür”

15.10.2014, 13:17
"ABŞ-la münasibətlərin təkrar başlanması mümkünsüzdür”

Rusiyanın baş naziri Dmitry Medvedev Amerika televiziya kanalına müsahibəsində bildirib ki, Rusiyaya qarşı sanksiyalar qaldıqca ABŞ-Rusiya münasibətlərinin “təkrar başlanması tamamilə mümkünsüzdür”.

“Əlbəttə yox. Bu heç mümkün deyil,”- Medvedev CNBC-yə çıxışında deyib.

Müsahibənin Rusiya hökumətinin saytında yerləşdirilmiş mətnində deyilir ki, Medvedev ABŞ sanksiyalarının “dağıdıcı” olduğunu söyləyib.

Rusiya martda Krımı anneksiya edəndən sonra Birləşmiş Ştatlar bir neçə sanksiya tətbiq edib. Rusiya Ukraynanın şərqindəki müharibəyə aidiyyatı olmadığını deyir. /AzadlıqRadiosu

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol