Menu

SABİQ NAZİRİN ÖLKƏDƏN ÇIXIŞINA QADAĞA QOYULUB - Türkiyəyə getmək istəyərkən, geri qaytarılıb

16.02.2021, 17:24
SABİQ NAZİRİN ÖLKƏDƏN ÇIXIŞINA QADAĞA QOYULUB - Türkiyəyə getmək istəyərkən, geri qaytarılıb

Rəhbərlik etdiyi nazirlikdə irimiqyaslı korrupsiya və digər qanunazidd əməllər aşkarlandığı üçün vəzifəsini itirən mədəniyyət naziri Əbülfəs Qarayev həbs edilməsə də istintaq altındadır.

Müavini həbs edilən sabiq nazir ötən müddət ərzində bir neçə dəfə istintaqın suallarını cavablandırıb.

Gününsəsi.info-nun məlumatına görə, Əbülfəs Qarayev bu günlərdə Azərbaycanı tərk etmək istəyərkən, geri qaytarılıb.

Belə ki, Türkiyəyə getmək istəyən sabiq nazirə ölkədən çıxışına məhdudiyyət qoyulduğu deyilib.

Məlumatda o da deyilir ki, Əbülfəs Qarayev ona qoyulmuş “stop”un götürülməsi üçün istintaq orqanına müraciət edib.

O, Türkiyəyə həkim müayinəsinə getmək istədiyini və geri qayıtmaq niyyətinin olduğunu yazıb.

Şərhlər

Oxucu 2021-03-12 16:04:56

Dövlətə xəyanət etdiyinə görə həbs olunmalıdır !

Oxucu 2021-03-01 16:19:32

Şəki Regional Mədəniyyət İdarəsinə təhsilsiz bir adamı, Rəhmanı Həmkarlar təşkilatına sədr təyin ediblər ..Bu Mədəniyyət İdarəsindən yüksək iş gözləmək olarmı ?

Aydın 2021-02-20 16:29:08

Onun Nazir oluğu dövrlərdə Şəki Mədəniyyət İdarəsində dövlət əmlakının mənimsənilməsi adi hal almışdır, yenədə dövlət əmlakının talan olunur, ona görəki kadr düzgün təyin olunmamışdır ?

Oxucu 2021-02-17 21:05:53

Şəki RMİ -nə təyin etdiyi kadr, onun korrupsioner olmasından xəbər verir ?

Qalib 2021-02-17 12:33:49

Sən də mənim kimi rayonda yaşamırsan ki, həkim tapa bilməyəsən?! Gərək xaricdə müayinə olunasan? İşləyəndə heç xəstələnmirdin?! Nə oldu? Həkim- bizdə, vaksin - bizdə, xəstəxanalar - bizdə... Xaricdən uzmanlar da gəlir. Bəsindir?

vətəndaş 2021-02-17 12:28:50

bunun şapkasına baxxx...

Vətəndaş 2021-02-17 07:12:19

Bu quldurları həbs etməyə nə səbəbdənsə qorxurlar. Görəsən o səbəb nədir? Yəqin hamısının oğru şəriki var,qoruyur onları

Oxucu 2021-02-16 20:33:12

Korrupsioner məmur həbs olunmalıdır....

Mehdi 2021-02-16 20:03:10

Bu lap bizim rayonda bir Andrey vardi tocnu oxsayirki.Adi Andrey idi amma camaat Əndiri caqirirdi.Eynən özudurki özudur.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol