Zəngəzur vilayətində yaşayan ermənilər təlaş içindədir. Buna səbəb Ermənistanın “Qraparak” qəzetinin yaydığı müəmma dolu yazıdır.
Qəzet “məxfi” sənədə istinad edərək bildirib ki, guya rəsmi Bakı və Yerəvan Ermənistanın Sunik, yəni Zəngəzur bölgəsinin Gorus-Davidbek yolunun 21 km-lik hissəsini Azərbaycana təhvil verir.
Nəşr yazır ki bu məsələ sənəddə birbaşa qeyd edilməyib. Lakin ikitərəfli razılığa əsasən yolun bu hissəsi təxmini üç ilə Ermənistan və Azərbaycan tərəfindən istismar edilməlidir.
Daha ətraflı Baku TV-nin süjetində:

Şərhlər
Bizim Azərbaycan tarixində zəngəzur deyilən bir vilayət yoxdur.Bunu seperatçı kürdlər uydurublar.Qədim İrəvan mahalının Sünik bölgəsi var.Sünik bölgəsi də seperatçıların dediyi kimi "zəngəzur" vilayəti deyil.Ümumiyyətlə,"zəngə+zur" söz birləşməsi kürd-erməni leksikonuna aiddir.Məlumdur ki, "zur" ermənicə yer-məskən anlamındadır.Məs. M.F.Axundovun "Hacı Qara" pyesində erməni kəndi "banazur"un adı çəkilir.Gözümüz baxa-baxa zorla dilimizə dürtülən "zəngəzur" erməni sözü necə həzm edə bilərik?Ərazilərimizi erməniləşdirmək deyilmi, bu?