Menu

"Qiymətlərin süni artırılmasını aşkar etməmişik" - Dövlət Xidməti

17.02.2021, 15:45
"Qiymətlərin süni artırılmasını aşkar etməmişik" - Dövlət Xidməti

"Ərzaq məhsullarının, tikinti məhsullarının qiymətləri tələb və təklif əsasında formalaşır, bu məhsulların qiymətlərinin süni müdaxilə ilə tənzimlənməsi düzgün deyil".

Marjanın məlumatına görə, bunu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin “2020-ci ilin yekunları” adlı onlayn konfransda Xidmətin rəis müavini Məmməd Abbasbəyli bildirib.

Xidmətin rəis müavini "ərzaq məhsulları üzrə 57 adda, meyvə-tərəvəz məhsulları üzrə 28 adda, tikinti məhsulları üzrə 51 adda məhsulun monitorinqini aparırıq" deyərək çıxışına belə davam edib:

"Ölkəmizdə Tarif Şurası tərəfindən tənzimlənən qiymətlər istisna olmaqla digər qiymətlər azad bazar iqitsadiyyatı sisteminin qaydaları ilə - tələb və təklif əsasında formalaşır. Biz gündəlik monitorinqlər aparırıq. Bizim monitorinqlərin məqsədi antiinhisar qanunvericiliyinin pozulması əlamətlərini, sövdələşmələri aşkar etməkdir. Açığını deyim, bu gün qiymətlərin süni artırılması üzrə hansısa qanun pozuntusu aşkar etməmişik. Müəyyən kateqoriya məhsulların qiymətləri qlobal bazarlarda yüksəlməkdədir. Ölkəmizdə bu məhsulların böyük həcmdə istehsalı yoxdur. Məsələn, şəkər tozu, yağ məhsulları və s. Biz dünya birjalarını da izləyirik və görürük ki, böyük faizlər ilə qlobal birjalarda bahalaşmalar baş verir və bununla əlaqədar olaraq Azərbaycanda da qiymət artımları yaranır".

"HÖKMRAN ŞİRKƏTLƏR QİYMƏTLƏR İLƏ OYNASA TƏDBİR GÖRÜLÜR"

Məmməd Abbasbəyli əlavə edib ki, qiyməti dövlət tərəfindən tənzimlənən qiymətlərdən (benzin, dərman və s.) kənaraçıxma qanun pozuntusudur:

"Əgər tənzimlənən qiymətlərdən kənaraçıxma varsa, o qanun pozuntusudur. Bazarda hökmran mövqeyə malik olan şirkətlər var. Qanunvericiliyə görə, hansısa şirkətin bazar payı 35% və bundan yuxarıdırsa o hökmran mövqeyə malik şirkət sayılır. Biz hökmran mövqeyə malik şirkətlərin bazarda qiymətləri manipulyasiya edib-etmədiklərini izləyirik. Belə şirkətlər qiymətlər ilə oynayarlarsa, biz tədbirlər görürük. Əgər şirkət bazarda hökmran mövqeyə malik deyilsə, yəni qiymətləri oynada bilmirsə, bu zaman qiymətlər tələb və təklif əsasında formalaşır. Burada qiymət artımına süni demək doğru deyil və Dövlət Xidmətinin də bu halda tədbir görməsi qanunvericilikdə nəzərdə tutulmayıb. Bu sahədə son müddətdə süni qiymət artımı müşahidə edilməyib".

Şərhlər

Vətəndaş 2021-02-17 20:04:04

Yalan ayaq tutar amma yeriəz!Bir gözünü aç,markeylərə,maazalara bax,.Utanmasan oynamaa nə var ki!!....

ELSAD 2021-02-17 18:53:46

Bu adam Antiinhisar deyil Inhisa Xidmetinin reisi kimi daniwir ve xeyli eziyyet de cekir. Daniwmayib sussana?Zaten deyirman iwini gorur cax-cax baw agridir...

Xalq 2021-02-17 18:46:17

Əgər bazar özü qiymətləri tənzimləyirsə AİBN Dövlət Xidmətinə nə ehtiyac var ki? Ləğv olunmalıdır.

Eyvaz 2021-02-17 16:51:59

Sən dedin bizdə inandıq bazar dükandan sizlərin xəbəri yoxdur Sizlər öz işinizi ancaq yalanlar üzərində qurursunuz çünki dövlət məmurusunuz ayıbdır heç olmasa özünüzə hörmət edin.

vətəndaş 2021-02-17 16:00:59

Bir sən deyənə, bir də Statistika Komitəsinin məlumatlarına "inandıq".

Semed 2021-02-17 15:56:58

Necə də utanib qizarmadan yalan danışırsan bir malın qiymətini göstərin ki qalxmayıb istər yerli istehsal olsun istərsə xarici ayıbdı özünüzə hörmət elementi bacarin

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol