Rus dilinin Dağliq Qarabağda rəsmi dil olacağı ilə bağlı açıqlama Azərbaycanda etirazla qarşılanıb. Söhbət Dağlıq Qarabağda separatçı qurumun rəhbəri lideri Araik Arutunyanın açıqlamasından gedir. O bildirib ki, bununla bağlı qanun layihəsi hazırlanıb.
Milli Məclisin sədr müavini Fəzail İbrahimli bu barədə "Turan" agentliyinin sorğusuna cavab olaraq bildirib ki, separatçılar uduzmuş tərəfdir. "Qarabağ problemi artıq Ermənistan insanlarını da bezdirib. Ermənistandan kütləvi surətdə axın baş verir, aclıq, səfalət baş alıb gedir", - deyə vitse-spiker əlavə edib.
F. İbrahimli daha sonra bildirib: "Rus dilinin Dağlıq Qarabağda rəsmi dil ola bilməsi məsələsinə gəlincə, sözdür də deyirlər. Onlar çox şey deyə bilərlər. Dağlıq Qarabağın status məsələsi birmənalı şəkildə gündəmdə deyil. Cənab Prezident İlham Əliyevin də dediyi kimi, status olmayacaq. Status yoxdursa, onların dediklərinin hamısı ancaq söz, özfəaliyyət ola bilər".


Şərhlər
Ey Feterburk duputati onlar bunu etseler cavabiniz ne olacaq
molodets, vot eto olimpiyskoe spokoystvie!
Ay deputat,əgər sən deyən kimidirsə onda Arutyunyan orada neynəyir?
Siz bir vitse spiketi dūşūndūrən problemə bir baxın! Insanların o qədər mūzakirə olunmalı problemləri var ki, cənab professor.