Menu

Azərbaycanda ötən il ən çox qəza törədən avtomobil modelləri açıqlanıb - TOP-5

18.02.2021, 12:50
Azərbaycanda ötən il ən çox qəza törədən avtomobil modelləri açıqlanıb - TOP-5

2020-ci ildə Azərbaycanda sığortalı avtomobillər arasında yol qəzalarında ən çox zərər çəkmiş nəqliyyat vasitələri "Mercedes" markalı maşınlar olub.

"Report" bu barədə "Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyinə istinadən xəbər verir.

Məlumata görə, yerli sığorta şirkətlərinə "Mercedes"lərin zərər çəkməsi ilə bağlı 2 187 müraciət daxil olub. Növbəti yerlərdə “Lada” (1 604), “Hyundai” (860), “Toyota” (860), “Opel” (609), “Kia” (474), “Nissan” (383), “BMW” (313), “Ford” (248), “Chevrolet” (257) markalı avtomobillər qərarlaşıb.

Yol-nəqliyyat vasitələrində qarşı tərəfə ən çox zərər isə "Lada" markalı nəqliyyat vasitələri ilə vurulub. Onlarla bağlı sığorta şirkətləri 3 829 hal qeydə alıb. Növbəti yerlərdə “Mercedes-Benz” (3 771), “Hyundai” (1 494), “Opel” (932), “Toyota” (901), “Ford” (805), “Kia” (706), “Daewoo” (537), “BMW” (520) və “Nissan” (485) markalı maşınlar qərarlaşıb.

Ötən il təqsirkar sürücülərin 96%-i kişilər, 4% isə qadınlar olub.

Şərhlər

Vasif 2021-02-18 15:30:14

Mersedeslri qadağan etmək lazımdır !

Mühəndis 2021-02-18 13:07:56

Bu müqayisəni ölkədə mövcud olan avtomobillər sayına görə etmək doğru olar.Çünki ölkədəki avtpmobillərin sayında marka sayı önəmlidir.Dünya statistikassına görı ən az qəzalar Mersedes markalı avtom olub(son 10 ilin müqayisəsi).Ona görə müqayisəni hər 1000 və ya 10000 avtomobil sayına görə müqayisə aparsaydnız daha doğru olardı.dsqxtw

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol