Menu

Mövlud Çavuşoğlunun Azərbaycana səfəri təxirə salınıb

18.02.2021, 13:19
Mövlud Çavuşoğlunun Azərbaycana səfəri təxirə salınıb

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Azərbaycana səfəri təxirə salınıb.

“Report” xəbər verir ki, səfər fevralın 19-da Bakıda keçirilməli olan Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin doqquzuncu üçtərəfli görüşündə iştirak məqsədilə həyata keçiriləcəkdi.

Lakin iclas Gürcüstan hökumətinin istefası səbəbindən təxirə salınıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol